Günahkar kimdir?

Belarus dövlət təbliğat maşını rejimin miqrantlardan mənfəətçi şəkildə istifadəsini dəstəkləmək üçün hücumlar təşkil edir.

Son həftələrdə Belarus və Aİ-yə üzv olan qonşu dövlətlər arasında münasibətlər daha da gərginləşdi. Belarusun miqrantlardan siyasi məqsədlərə nail olmaq üçün sistemli və mənfəətçi şəkildə istifadəsi və Aİ-nin şərq sərhədlərində sabitliyi pozmaq cəhdləri eskalasiyanın yeni mərhələsinə qədəm qoydu. Xəbər mənbələrinin məlumatına görə, bir sıra ölkələrdən Minskə gətirilən miqrant kolonnaları Belarus hakimiyyəti tərəfindən toqquşmaların baş verdiyi Polşa sərhədinə doğru yönəldilib.

Bu fonda, Aİ Komissiyası quruma üzv dövlətləri Belarus hakimiyyətinə qarşı sanksiya rejiminin uzadılmasını təsdiqləməyə çağırıb ; Polşa hakimiyyəti Aİ-nin xarici sərhədini qorumaq üçün əsgər və sərhədçilərin sayını artırmağa məcbur olub; və Litva hakimiyyəti ölkənin Belarusla sərhədində fövqəladə vəziyyət elan edib.

Bəs Avropa Komissiyasının sədri Ursula fon der Leyenin sözlərinə görə, Aİ-yə qarşı yönəlmiş bu “hibrid hücuma” görə kim məsuliyyət daşıyır? Əgər bu sualı Belarus təbliğat maşınları və Kremlyönümlü KİV-lərə ünvanlasanız, cavab aydındır – sərhədə tanklar göndərən “kollektiv Qərb”, Polşa hakimiyyətidaxili məqsədləri üçün sanksiyalar qəbul edən Aİ.

Bütün bu dezinformasiyalar diqqəti Aİ komissarı İlva Yohansonun bəyan etdiyi kimi ““Belarusdakı avtoritar rejimin insanları siyasi səbəblərlə istismar etməsi” ” faktından yayındırır. Belarus sonuncu prezident seçkilərinin saxtalaşdırılmış nəticəsini tanımayan və dinc nümayişçilərə qarşı repressiya, insan hüquqlarının pozulması və Minskdə “Ryanair” təyyarəsinin zorla endirilməsinə səbəbindən rejimə və şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlər həyata keçirən Aİ-dən qisas almağa çalışaraq miqrantları öz mənfəətinə görə istismar edir.

Polşa və Litva davam edən miqrasiya böhranından əlavə, başqa sahələrdə də Kremlyönümlü KİV-in hədəfinə çevrilmişdir. Məsələn, bir mənbəyə görə, Polşa Rusiya və Belarusa qarşı müharibəyə hazırlaşır, bu, yumşaq desək, olduqca qəribə bir nəzəriyyə kimi səslənir. Litva isə öz növbəsində insan hüquqlarının aqressiv pozucusu kimi qələmə verilmişdir ki, etibarlı mənbələrə görə bu, həqiqətdən uzaqdır və psixoloji proyeksiya nümunəsidir.

Hazırda Aİ-nin Şərq xarici sərhədində yaşananlara bənzər vəziyyətin eskalasiyası tez-tez çoxlu sayda dezinformasiyalarla müşayiət olunur. Bu, təcavüzkarın suyu bulandırmaq, günahı başqalarının üzərinə atmaq və öz hərəkətlərini haqlı göstərmək məqsədilərinə xidmət edir. Bundan əlavə, düşmənin nüfuzunu zədələmək təcavüzkarın kampaniya planında yüksək yer tutur. Bütün bunlar həm indiki vəziyyətdə, həm də Kreml və Belarus rejimi tərəfdarı olan KİV-lərdə yayılan dezinformasiyalarda aşkar şəkildə özünü göstərir.

Bu həftə ərzində Kremlyönümlü KİV-in dezinformasiya iddialarının digər diqqətəlayiq nümunələri:

Bəli, bu, baş verib, özü də qeyri-qanuni: Rusiya Krımı ilhaq etməyib.

MƏSULİYYƏTDƏN İMTİNA

EUvsDisinfo verilənlər bazasındakı nümunələrdə beynəlxalq informasiya məkanında reallığın natamam, təhrif olunmuş və ya yalan təsvirini təmin edən və əsas Kremlyönümlü mesajları yaydığı müəyyən edilən mesajlara diqqət yetirir. Bununla belə, bu, mütləq surətdə müəyyən bir nəşrin Kremllə əlaqəsinin olduğunu və ya redaksiyasının Kremlyönümlü olduğunu, yaxud bilərək dezinformasiya yaymağa çalışdığını bildirmir. EUvsDisinfo nəşrləri Aİ-nin rəsmi mövqeyini əks etdirmir, belə ki, ifadə edilən məlumat və rəylər media hesabatlarına və Şərq Stratcom İşçi Qrupunun təhlilinə əsaslanır.

    %s

      Your opinion matters!

      Məlumatların Qorunmasına dair Məlumat *

        Subscribe to the Disinfo Review

        Your weekly update on pro-Kremlin disinformation

        Data Protection Information *

        The Disinformation Review is sent through Mailchimp.com. See Mailchimp’s privacy policy and find out more on how EEAS protects your personal data.

        🎵 Playlist