Krım: Rusiyanın zorakı, qanunsuz ilhaqından səkkiz il sonra hələ də var gücü ilə tanınma axtarışında

Rusiya tərəfindən zorakılıqla və qeyri-qanuni ilhaq edilməsindən 8 il sonra Krım hələ də Kremlyönümlü dezinformasiyanın əsas hədəflərindən biridir. EUvsDisinfo məlumatlar bazasındakı 840-dan çox nümunə Kremli Krımın “xilaskarı” kimi qələmə vermək və qanunsuz ilhaqa haqq qazandırmaq istiqamətində davamlı səylərin bir sübutudur. Bu dezinformasiya nümunələri bir çox ölkədə və müxtəlif dillərdə yayılıb: 437-si rusca, 143-ü ərəbcə, 79-u ingiliscə, 42-si fransızca və qalanları digər dillərdədir.

Avropa İttifaqı öz mövqeyini bir daha bəyan edib: Rusiya Federasiyası tərəfindən Krım yarımadasının qanunsuz ilhaqını tanımır və tanımayacaq. Bu kontekstdə dezinformasiya və Kremlin beynəlxalq hüququ pozan əməllərini davamlı olaraq təmizə çıxarmaq cəhdləri həm yerli, həm də beynəlxalq auditoriyadan bir növ razılıq əldə etməyin yeganə yoludur.

2014-cü ildən bəri informasiya mühitini zəhərləyən ən geniş yayılmış narrativlərin dörd növünü təhlil etdik. Təəccüblü deyil ki, Putin Ukraynaya qarşı davam edən əsassız hərbi hücuma haqq qazandırmaq üçün aşağıda təqdim olunan bir çox toksik narrativlərdən də istifadə edib (həmçinin burayaburaya baxın).

“Xilaskar”: Rusiya Krımı təhlükədən xilas etdi və hazırda Krım hamı üçün təhlükəsiz sığınacaq hesab olunur

Rusiya qanunsuz ilhaqdan sonra özünü Ukraynanın guya ölkənin cənub-şərqinə qarşı törətdiyi “soyqırımın” qarşısını almağa çalışan “sülhməramlı” qüvvə kimi təqdim edirdi. Bundan əlavə, krımlıların köləlikdən xilas olduğu da iddia edilirdi.

Kremlyönümlü KİV-lər daha sonra Krımı yerli azlıqlar üçün faydalı olan azad yer, çiçəklənən, olduqca populyar turizm mövqeyi və “aqressiv seksual təhsildən sığınacaq” axtaran hər bir avropalı üçün təhlükəsiz bölgə kimi təsvir etməklə Rusiya üçün müsbət imici yaratmağa çalışdı.

“Demokratiya”: İlhaq “demokratik” referendumdan sonra baş verdi və geniş miqyasda qəbul edildi

Bu, Rusiyanın Krımı qanunsuz ilhaq etməsi ilə bağlı ən çox təkrarlanan dezinformasiya narrativlərindən biridir. Kremlyönümlü media demokratik referendumdan sonra Krımın “Rusiyanın tərkib hissəsi” olduğunu iddia etməkdə davam edir. Daha çox nümunəni burada, buradaburada tapa bilərsiniz.

Eyni zamanda, Kremlin geosiyasi sayıqlamaları Krımın , BMT, Norveç, Ukraynanın Naftoqaz şirkəti, ümumilikdə Qərb və hətta NYT (“Nyu-York Tayms” qəzeti)Coca-Cola tərəfindən Rusiyanın tərkib hissəsi kimi tanındığını iddia etməyə qədər gedib çıxır.

“Vətənə qayıdış: Krım Rusiya torpağıdır və bu, həmişə belə olub

Oxucularımıza , Ukrayna yarımadasının qanunsuz ilhaqını qeyd etmək üçün Rusiya hakimiyyətinin istifadə etdiyi “Krım – naş! Krım bizimdir!” rus şüarı yəqin ki, yaxşı məlumdur. Bu şüar qondarma tarixi iddianı vurğulamağa yönəldilib və Krımın faktiki olaraq “öz vətəni Rusiyaya qovuşması” mesajını çatdırmaqla yerli auditoriyada vətənpərvərlik hisslərini gücləndirməyə çalışır.

Lakin Kreml tarixi nə qədər yaradıcılıqla təhrif etməyə çalışsa da, fakt dəyişməz qalır: Zorakı və qanunsuz ilhaqdan səkkiz il keçsə belə, Krım “naş” / ”bizim” deyil, Rusiyanın tərkib hissəsi deyil. Bunu təkidlə söyləmək dezinformasiyadır və şüarı təkrarlamaq heç də onu həqiqətə çevirmir.

“Qurban”: Qərb və Kiyev Krıma ziyan vurur

Kremlyönümlü dezinformasiyalarda Qərb tez-tez şər qüvvə kimi qələmə verilir. Krım kontekstində Kiyev hakimiyyəti ilə birlikdə Qərb pislənir. “Dezinformasiya maşını” Qərbi “Krım xalqının iradəsinə qarşı çıxmaqda” və Krım haqqında həqiqətləri ört-basdır etməkdə, NATO-nu isə “təxribatlar həyata keçirməkdə”, Qara dəniz regionunda “sabitliyi pozmağa” çalışmaqda və “Krımı ələ keçirməyə” hazırlaşmaqda ittiham edib.

Digər tərəfdən, Ukrayna hakimiyyəti Rusiya dövlət KİV-ləri tərəfindən insanilikdən çıxarılaraq qondarma “su soyqırımı” törətməkdə, elektrik enerjisini kəsməkdə və yarımadanı “təcrid etmək” üçün əlindən gələni etməkdə, hətta onu materik Ukraynadan ayırmaq üçün 120 kilometrlik su yolu çəkməkdə günahlandırılır.

Ancaq insanların qəlbini və ağlını fəth etmək və inanılmaz olana inandırmaq üçün edilən bütün bu dezinformasiya cəhdlərinə baxmayaraq, həqiqət tək və sadədir: Krım Ukraynanın bir hissəsidir və belə də qalmağa davam edir.

Aşağıdakı şəklin PDF versiyası üçün bura klikləyin.

Əlaqəli dezinformasiya halları

MƏSULİYYƏTDƏN İMTİNA

EUvsDisinfo verilənlər bazasındakı nümunələrdə beynəlxalq informasiya məkanında reallığın natamam, təhrif olunmuş və ya yalan təsvirini təmin edən və əsas Kremlyönümlü mesajları yaydığı müəyyən edilən mesajlara diqqət yetirir. Bununla belə, bu, mütləq surətdə müəyyən bir nəşrin Kremllə əlaqəsinin olduğunu və ya redaksiyasının Kremlyönümlü olduğunu, yaxud bilərək dezinformasiya yaymağa çalışdığını bildirmir. EUvsDisinfo nəşrləri Aİ-nin rəsmi mövqeyini əks etdirmir, belə ki, ifadə edilən məlumat və rəylər media hesabatlarına və Şərq Stratcom İşçi Qrupunun təhlilinə əsaslanır.

    %s

      Your opinion matters!

      Məlumatların Qorunmasına dair Məlumat *

        Subscribe to the Disinfo Review

        Your weekly update on pro-Kremlin disinformation

        Data Protection Information *

        The Disinformation Review is sent through Mailchimp.com. See Mailchimp’s privacy policy and find out more on how EEAS protects your personal data.

        🎵 Playlist