Onun Dedikləri və Bunların Əsl Mənası – 2-ci cild: “Danışıqlar”

Yeniləmə: Rusiyanın əsassız hücumundan sonra Ukrayna qüvvələri qətiyyətli müqavimət göstərərək Rusiya qüvvələrini təəccübləndirdi. Putin indi Belarusda “Danışıq” təklif edir…

Həmişə olduğu kimi, bu, Kremlin yalanı və dumanlı pərdəsidir. Maksimalist tələblərlə hədə-qorxu və şantaj: Krımın Rusiya ərazisi kimi tanınması, Ukraynanın “denasifikasiyası” və “demilitarizasiyası”.

Rusiyanın Qomeldəki nümayəndəsi, aşağı rütbəli müşavir Medinski ukraynalıların həlak olduğuna görə təəssüflənir… bu arada Rusiya raketləri Xarkovda mülki əhalinin yaşadığı məntəqələrə zərbələr endirir, Kiyev ətrafında və başqa yerlərdə hücumlar davam edir.

Putinin fevralın 24-də yayımlanmış və Ukraynanın açıq işğalını başlatdığı nitqində verilən əsas mesajlar.

Putinin müraciəti, daha əvvəlki bir çox çıxışlarında olduğu kimi, dezinformasiya xarakterli narrativlərlə dolu idi. Burada niyyət demokratik və sülhsevər bir ölkəyə qarşı silahlı təcavüzə dəstəyi səfərbər etmək idi.

Onun dedikləri və bunların əsl mənasının qısa icmalı (yenilənib)

Putinin manipulyativ və aldadıcı yeni dili: Əslində, o nə demək istəyir:
“Rusiyanın özünü müdafiəsi” Heç bir təhlükə yaratmayan suveren dövlətə hücum və işğalı
“Məhdud hərbi əməliyyat” Tam hücum. Raket zərbələri, havadan və qurudan işğal

Mülki hədəflər, şəhərlər və infrastruktur da daxil olmaqla

“İşğaldan söhbət getmir” Mümkün qədər çox ərazini lazım olduğu qədər uzun müddətə işğal etmək niyyəti. Ukraynanı Moskvanın nəzarəti altına almaq. Qeyri-müəyyən müddətə
“Ukraynanın denasifikasiyası” Suveren ölkənin seçilmiş, qanuni məmurlarına qarşı Stalinist tipli repressiya
“Yeni hökumət seçkilərinin keçirilməsi” Hakimiyyətə Kremlə sadiq olan marionetləri gətirmək üçün silah gücü ilə saxta demokratiya
2-ci cild
“Danışıqlar” Mülki əhalinin bombalanması davam edərkən maksimalist tələblər irəli sürmək . Müqavimətlə rastlaşmış müharibə maşınını təkrar qruplaşdırmaq, yanacaq doldurmaq və yenidən işə salmaq üçün vaxt qazanmağa çalışmaq

 

MƏSULİYYƏTDƏN İMTİNA

EUvsDisinfo verilənlər bazasındakı nümunələrdə beynəlxalq informasiya məkanında reallığın natamam, təhrif olunmuş və ya yalan təsvirini təmin edən və əsas Kremlyönümlü mesajları yaydığı müəyyən edilən mesajlara diqqət yetirir. Bununla belə, bu, mütləq surətdə müəyyən bir nəşrin Kremllə əlaqəsinin olduğunu və ya redaksiyasının Kremlyönümlü olduğunu, yaxud bilərək dezinformasiya yaymağa çalışdığını bildirmir. EUvsDisinfo nəşrləri Aİ-nin rəsmi mövqeyini əks etdirmir, belə ki, ifadə edilən məlumat və rəylər media hesabatlarına və Şərq Stratcom İşçi Qrupunun təhlilinə əsaslanır.

    %s

      Your opinion matters!

      Məlumatların Qorunmasına dair Məlumat *

        Subscribe to the Disinfo Review

        Your weekly update on pro-Kremlin disinformation

        Data Protection Information *

        The Disinformation Review is sent through Mailchimp.com. See Mailchimp’s privacy policy and find out more on how EEAS protects your personal data.

        🎵 Playlist