2021 disinfo araşdırmasında diqqət çəkən məqamlar

Araşdırmaların sürətlə artması nəticəsində artıq dezinformasiyanın mexanikası və təsiri haqqında bir neçə il əvvəl bildiyimizdən daha çox şey bilirik. Həmçinin bu günə qədər bilmədiyimiz şeylər haqqında daha çox məlumatımız var. Bəs bu il ərzində nələri öyrəndik?

Əgər diqqətimizi bu sahə ilə bağlı terminlərdən sadəcə birinə – dezinformasiyaya yönəltsək, burada sabit yüksəliş tendensiyası müşahidə edəcəyik. Akademik yazıların ən böyük məlumat bazası olan Google Scholar-a görə, 2011-ci ildə dezinformasiya 2610 akademik mətndə qeyd olunub. 2016-cı ilə qədər bu rəqəm 3850-yə qalxdı və 2020-ci ildə 17100-ə çataraq yeni zirvəyə yüksəldi. Bu il isə indiyə qədər 16000 mətndə bu sözü müşahidə etdik, lakin dezinformasiyanın pik səviyyəsinə çatıb-çatmadığımızı söyləmək hələ tezdir. Çox güman ki, çatmayıb.

Bununla belə, hələ də bu barədə bilmədiyimiz çox şey var və fenomenin bir çox aspektləri hələ də anlaşılmaz olaraq qalır. Bu, bəzən samanlıqda iynə axtarmaq kimidir, amma cəhdlərə davam etməkdən başqa seçimimiz yoxdur. Lazımi qədər təfərrüatlı cavablandırılmamış çoxsaylı suallar dezinformasiyanın cəmiyyətimizə təsiri ilə yanaşı, ona verdiyimiz cavabların effektivliyi ilə əlaqədardır.

Sizə bu il dərc olunmuş, dezinformasiya ilə bağlı araşdırmalardan əsas məqamları təqdim edirik. Bu aparılmış araşdırmaların hərtərəflivə ya reprezentativ icmalı deyil, sadəcə daha maraqlı tendensiyalardan seçdiklərimizdir.

COVID-19-suz mümkün deyil (hələ ki)

Gözlənildiyi kimi, COVID-19 ilə bağlı dezinformasiya haqqında, onun bütün mümkün aspektlərini əhatə edən çoxsaylı tədqiqat işləri yazılmışdır. Dezinformasiya-mərkəzli araşdırmalarda 2020-ci ildə gördüyümüz böyük artımın pandemiyanın başlanması və onu müşayiət edən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən adlandırıdığı kimi “infodemiya” (yanlış informasiyaların yayılması) ilə bağlı olduğunu güman etsək, yanılmarıq.

Bununla bağlı daha yaxşı mütaliə toplularından biri, COVID-19 “infodemiya”-sının geniş miqyasda öyrənilməsinə yönəlmiş “Böyük verilənlər və Cəmiyyət” jurnalının may ayındakı xüsusi buraxılışıdır. Bura “infodemiologiya”, böyük verilənlər və COVID ilə bağlı yanlış məlumat və dezinformasiyanın kəsişməsi ilə bağlı məqalələr daxildir.

Toplu Kacper T.Qradon, Yanuş A. Hołist və Vesli R. Moyun müəllifi olduqları ictimai sağlamlıq problemi kimi yanlış məlumat və dezinformasiyanın yayılmasına dair faydalı təlimatla başlayır. Müəlliflər dezinformasiyanı öyrənmək və onunla mübarizə aparmaq üçün texnologiyanın tətbiqi üçün seçilmiş imkanların icmalını təqdim edirlər. Maşın öyrənməsi, verilənlərin və mətnlərin intellektual analizi və tonallığın analizi onlardan yalnız bəziləridir

Kay-Çen Yan, Françesko Pierri və Pik-Mai Huinin müəllifi olduqları daha bir maraqlı işdə Facebook və Twitter-də etibarlılığı az olan məzmunun yayılmasını müqayisə edilir. Hər iki platformanın ortaq cəhəti “super yayıcıların” mövcudluğu – məzmunun böyük hissəsinin (o cümlədən zərərli) azlıq təşkil edən nüfuzlu istifadəçilər tərəfindən yaradılmasıdır. Hər iki platformada koordinasiya edilmiş, qeyri-autentik davranışa dəlalət edən sübutlar var. Nəhayət, məqalədə məlumatlara çıxış siyasətlərinin dəyişkənliyinin araşdırmaçıların informasiya sistemləri ilə zərərli manipulyasiyaları öyrənmək imkanına necə təsir etdiyi vurğulanır.

Pandemiyanın bütün dünyanı bürüyən konspirologiya nəzəriyyələri sunamisinə təkan verməsi bir qədər gözlənilməz oldu. Ətrafımızda baş verənləri mənalandırmaq istəyi çox insana xasdır, lakin hamımız hadisələrin kökündə dayanan adi və texniki izahatlarla kifayətlənmirik. Bu quyuya bir dəfə endikdən sonra çıxmaq çətindir, çünki bir konspirologiyaya inam tez-tez digərinə inanmağa səbəb olur və belə də davam edir. Bu ilin əvvəlində İsveç Fövqəladə Hallar Agentliyi (MSB) COVID-19 konspirologiyaları haqqında nəzəriyyə və nümunələrdən tutmuş cavab yollarına qədər tam spektri əhatə edən məlumatlandırıcı hesabat hazırlayıb. Əsas diqqət İsveç üzərində cəmlənsə də, yazılanlar beynəlxalq səviyyədə tətbiq olunur.

Dezinformasiyanın mümkün həll yollarına daha geniş nəzər salan Melisa Basol, Сon uzzenbik və Manon Berriş psixoloji sürü immuniteti konsepsiyasını açmağa çalışmışlar. Onlar insanların COVID-19 dezinformasiyasında tez-tez istifadə olunan manipulyasiya texnikalarını aşkar etmək bacarıqlarını yaxşılaşdırmağa yönəlmiş iki mənasızlaşdırma müdaxiləsinin effektivliyini qiymətləndirmişlər. Müəlliflər hesab edirlər ki, onlarla dildə oynanılan onlayn oyun “Go Viral!” insanların yanlış məlumatları və dezinformasiyanı təsbit etmək bacarıqlarına inamlarını artırır və belə məlumatları başqaları ilə bölüşmək istəyini azaldır.

Go Viral!
insanların yanlış məlumatları və dezinformasiyanı təsbit etmək bacarıqlarına inamlarını artırır və belə məlumatları başqaları ilə bölüşmək istəyini azaldır.

Dezinformasiyanın psixoloji tərəfləri

2021-ci il informasiya manipulyasiyalarının davranış aspektlərinə daha çox diqqətin yetirildiyi il oldu. Bu sahənin ən nüfuzlu fiqularından Qordon Pennikuk və Devid Q. Rend dezinformasiyanın psixoloji aspektlərinə daha dərindən nəzər salaraq son yeniliklərin aktual icmalını təqdim etmişlər. Onlar insanların yanlış məlumat və dezinformasiya tələsinə düşməklərini tərəfkeşlik və siyasi motivli mülahizələrlə izah edən geniş yayılmış narrativə zidd sübutlar təmin etmişlər. Onlar həqiqətin ayırd edilə bilməməsini daha çox əsaslandırma qabiliyyəti və müvafiq biliyin olmaması ilə əlaqələndirirlər. Bundan əlavə, insanların inandıqları ilə sosial mediada paylaşdıqları arasında böyük uyğunsuzluq mövcuddur. Bu effekt əsas etibarilə diqqətsizlikdən yaranır.

insanların inandıqları ilə sosial mediada paylaşdıqları arasında böyük uçurum var.
Bu effekt əsas etibarilə diqqətsizlikdən yaranır.

Saxta məlumatlara inanmaqla əlaqədar çoxsaylı araşdırmalar mövcuddur, lakin eyni dərəcədə vacib olsa da, doğru məlumatı yalanla səhv salmaq haqqında daha az şey bilirik. Kornelia Sinderman və başqaları bizə sonuncuya nəzər salmağı təklif edirlər. Onlar müxtəlif xəbər mənbələrindən istifadə etməyi, son hadisələr haqqında məlumat əldə etməyi, mədəniyyətlər haqqında bilikləri genişləndirməyi və (yenidən) inam qazanmağı məlumatı düzgün təsnif etməyin yolları kimi təsvir edirlər.

Psixologiya yalnız yanlış məlumat və dezinformasiyanın yayılmasını anlamağa kömək etmir, həm də onun qarşısını almağın yollarından biridir. Sander van der Linden, Con Ruzenbik və başqaları bizə bir sıra mümkün müdaxilələr təklif edirlər: ilk növbədə düzəldici (ifşa) və qabaqlayıcı (əvvəlcədən mənasızlaşdırma) yanaşmalara diqqət yetirmək. Əlavə olaraq, onlar psixoloji elm sahəsində yanlış məlumat və dezinformasiyanın necə və niyə yayıldığı və buna qarşı ən yaxşı necə mübarizə aparılacağı haqqında açıq suallardan ibarət araşdırma proqramı təklif edirlər.

İfşa etmək, yoxsa etməmək?

Nə qədər ironik olsa da, fakt yoxlamasının effektivliyi haqqında bəzi narrativlər özləri yoxlanmağa ehtiyac duyurlar. Çoxlarınız yəqin ki, faktların yoxlanmasının əks nəticə verə və insanları öz inanclarını daha dərindən öyrənməyə vadar edə biləcəyi fikrini eşitmisiniz. Buna görə fakt yoxlamalarından yayınmalı olduğumuz bildirilir. Bunu iddia edən və mənbəyə istinad edən məlumatların əksəriyyəti təxminən on il əvvəl aparılan iki araşdırmadan birinə işarə edir. Bununla belə, sonrakı araşdırmaların demək olar ki, heç biri bu nəticələri təkrarlaya bilməyib.

Nadia M. Braşir və başqaları fakt yoxlamalarının uzunmüddətli təsirinin onların insanlara nə vaxt təqdim edildiyindən asılı olub-olmadığını yoxlamışlar. Spoyler xəbərdarlığı: təsir edir. Müəlliflər müəyyən ediblər ki, başlıqlar yayıldıqdan sonra fakt yoxlamalarının təqdim edilməsi (başqa sözlə, ifşa edilməsi) eyni məlumatın xəbərin yayıldığı dövrdə (başqa sözlə, etiketləmə) və ya bundan əvvəl təqdim edilməsi (əvvəlcədən ifşa)ilə müqayisədə həqiqətin daha yaxşı ayırd edilməsini kömək edir.

Faktların yoxlanılması yanlış məlumat və dezinformasiyanın yayılmasını və mənfi təsirini azaltmaq üçün potensial vasitə kimi kifayət qədər diqqəti cəlb etsə də, faktların yoxlanılması insanların sosial mediada yanlış məlumat və dezinformasiya paylaşmaq niyyətlərini azaldırmı və azaldırsa, necə azaldır, çox məlum deyil. Myojunq Çunq və Nuri Kim bunu araşdırmaq üçün iki təcrübə keçirmişər. Onlar aşkar etdilər ki, yanlış məlumat və dezinformasiya ilə yanaşı faktların yoxlanması ilə tanışlıq insanları başqaları ilə müqayisədə xəbərlərin təsirinə daha az məruz qaldıqlarına inandırır. Bu öz növbəsində sosial mediada yanlış məlumat və dezinformasiya paylaşmaq niyyətlərinin azalmasına səbəb oldu.

Fakt yoxlamasının hələ lazımi diqqəti cəlb etməmiş başqa bir aspekt reklam dünyası ilə bağlıdır. Bu yay Cessika Fonq, Tonq Quo və Anita Rao araşdırmalarında ifşanın yanlış məlumat və dezinformasiyanın istehlakçıların satınalma davranışına təsir edə bilib-bilməyəcəyinə nəzər salmışlar. Onların araşdırmalarının nəticələri göstərir ki, bu, mümkündür. Bu tapıntı həm reklamlarla məşğul olan özəl şirkətlər, həm də siyasətçilər üçün vacibdir.

Dezinformasiya müxtəlif forma və ölçülərdə olur

Yanlış məlumat və dezinformasiyaya dair araşdırmalarda diqqət qeyri-proporsional olaraq mətn formaları üzərində cəmləşir. Eyni zamanda, getdikcə daha çox insan audio, video və ya şəkildən istifadə edildiyindən asılı olmayaraq digər forma və ölçülərdə məlumatlara üstünlük verir. Bu ilin əvvəlində Viorela Dan, Brit Paris, Joan Donovan və başqaları vizual saxta məlumat və dezinformasiyanın vəziyyəti haqqında vizual saxta məlumat və dezinformasiyanın məşhur dipfeyklərə təsiri kimi mövzuları əhatə edən geniş icmal dərc etmişlər.

MEMLƏR ETİBARLI MƏLUMAT MƏNBƏLƏRİ DEYİL
BU MEM İSTİSNA OLMAQLA,
BU, ÇOX ETİBARLIDIR

“Deepfake”(foto, audio və video materialların saxtalaşdırılmış versiyalarla dəyişdirilməsi) texnologiyasına gəldikdə, Maykl Yankoski, Volter Şeirer və Tim Veninger mem müharibəsi ilə bağlı araşdırmalarında məşhur, mükəmməl olmayan saxtakarlıqlara diqqət yetirməyimizi tövsiyə edirlər. Mümkün təhlükə olsa da, onlar iddia edirlər ki, mürəkkəb saxta məzmun ən aktual problem deyil. Əvəzində problem daha kobud şəkildə hazırlanmış və geniş yayılmış məzmunu – memləri aşkar etmək və anlamaqdadır.

problem memlərin aşkarlanması və başa düşülməsindədir.

Xülasə

İnformasiya nizamsızlığının öhdəsindən gəlmək çətin olsa da, ilbəil mənzərə daha da aydınlaşdığı üçün özümüzü nikbin hiss edirik.

COVID-19-un yayılmasının qarşısını almaqda olduğu kimi, son həqiqətin aydınlaşması üçün gözləməyimiz deyil, hazırda malik olduğumuz ən yaxşı bilikləri nəzərə alaraq dərhal hərəkətə keçməyimiz vacibdir. “EUvsDisinfo”-da məqsədimiz məhz bunu etmək və sizə xarici informasiyanın manipulyasiyası və müdaxiləsi ilə bağlı ən son məlumatları çatdırmağa davam etməkdir. 2022-ci ildə görüşmək ümidi ilə!

Oxumağa ruhlandıracaq daha çox material tapmaq üçün oxu bölməmizə baş çəkməyi və əlfəcinlərə əlavə etməyi unutmayın.

MƏSULİYYƏTDƏN İMTİNA

EUvsDisinfo verilənlər bazasındakı nümunələrdə beynəlxalq informasiya məkanında reallığın natamam, təhrif olunmuş və ya yalan təsvirini təmin edən və əsas Kremlyönümlü mesajları yaydığı müəyyən edilən mesajlara diqqət yetirir. Bununla belə, bu, mütləq surətdə müəyyən bir nəşrin Kremllə əlaqəsinin olduğunu və ya redaksiyasının Kremlyönümlü olduğunu, yaxud bilərək dezinformasiya yaymağa çalışdığını bildirmir. EUvsDisinfo nəşrləri Aİ-nin rəsmi mövqeyini əks etdirmir, belə ki, ifadə edilən məlumat və rəylər media hesabatlarına və Şərq Stratcom İşçi Qrupunun təhlilinə əsaslanır.

    %s

      Your opinion matters!

      Məlumatların Qorunmasına dair Məlumat *

        Subscribe to the Disinfo Review

        Your weekly update on pro-Kremlin disinformation

        Data Protection Information *

        The Disinformation Review is sent through Mailchimp.com. See Mailchimp’s privacy policy and find out more on how EEAS protects your personal data.

        🎵 Playlist