Kremlin Aynasından Görünən Mənzərə

NATO ACCESSIONS NATO-YA QOŞULMALAR
III RUSSIAN REACTIONS III RUSİYA REAKSİYALARI
AGGRESSIVE TƏCAVÜZKAR
DISMISSIVE İNKARÇI
SEEMINGLY DISINTERESTED ZAHİRƏN LAQEYD

Kremlin reallığı paylaşmaqda acizliyi və diqqətlə güzgüyə baxa bilməməsi Finlandiya və İsveçin NATO-ya üzv olmaq qərarını təsdiqləyir.

Rusiyanın Krımı qanunsuz işğal etməsindən təxminən səkkiz il sonra, fevralın 24-də Ukraynanı əsassız və qanunsuz olaraq hərbi işğal etməsi, cüzi ört-basdır edilən müdaxilələri və Donbas regionunda marionet dövlətlərin yaradılması Finlandiya və İsveçdə milli təhlükəsizlik mövzusunda intensiv ictimai müzakirələrə səbəb oldu.

Finlandiya prezidenti Niinistönün maskaların düşdüyü və yalnız müharibənin soyuq üzünün qaldığı bir an kimi təsvir etdiyi Rusiya hərbi işğalı mayın 18-də tarixi bir dəyişikliyə səbəb oldu: əvvəllər NATO-ya hərbi cəhətdən qoşulmayan Finlandiya və İsveç NATO-ya qoşulmaq haqqındaərizələrini birlikdə təqdim etdi.

Bu iki Skandinaviya dövlətindəki prosesləri hərəkətə gətirən sadəcə Kremlin beynəlxalq hüquqa və qonşu dövlətlərin suverenliyinə davamlı şəkildə məhəl qoymaması, yaxud da Ukraynada Rusiyanın apardığı soyqırım tərzində müharibə deyildi. Kreml dairələrində Ukraynaya və ukraynalılara , eləcə də daha geniş Qərbə və sarsılmaz dəyərlərimizə qarşı nifrət nitqi formasında özünü göstərən, açıq şəkildə ifadə edilən imperiya ambisiyaları və müstəmləkəçilik münasibəti də Helsinki və Stokholmun planlarının dəyişməsinə səbəb oldu.

Bir daha Prezident Niinistönün təbirincə desək, bu iki Skandinaviya ölkəsinin istiqaməti dəyişməsinin əsl səbəbkarını tapmaq üçün Kreml aynaya diqqətlə baxmalıdır. Lakin “aynanın” tərs dünyasında yaşayan və ayna görüntüsü yalnız Kremlin xəyali keçmiş şöhrətinin fiqurlarını əks etdirən insanlar üçün dürüstlüyə həqiqi introspektiv baxış az ola bilər.

Kremlyönümlü tərsinə dezinformasiya dünyasında isə, Finlandiya və İsveç kimi ölkələr öz həqiqi suverenliklərini ifadə etmək və xalqın iradəsini yerinə yetirmək üçün NATO-ya üzv olmağa çalışmır, burada ipləri əlində tutan və qərarlar verən bir başqasıdır. Bu xəyali dünyada ittifaqa qoşulmaq suverenliyin itirilməsinə gətirib çıxarır. Suverenliyin itirilməsi narrativi xüsusilə boş səslənir; sanki Rusiyanın elan etdiyi təsir dairəsinə boyun əymək onun daxilində yaşayanlara hər hansı real suverenlik təklif edəcəkdi.

Skandinaviya ictimaiyyətinin və qərarvericilərinin tamamilə yanlış anlaşılmasının və NATO-ya qoşulmaq üçün onlara əlavə səbəb verilməsinin başqa bir nümunəsi Rusiya rəsmilərinin NATO-ya qoşulduqları təqdirdə, Finlandiya və İsveçi hərbi hədəfə almaqla hədələməsidir .

Nəhayət, Putin özünü laqeyd göstərərək Finlandiya və İsveçin təhlükəsizlik siyasəti sahəsində qərarlarının əhəmiyyətini azaltmağa çalışsa da, bir neçə gün sonra Şoyqu cavab olaraq Rusiyanın Qərb bölgəsində yeni hərbi hissələrin yaradıldığını elan etmək üçün göndərildi. Şoyqunun açıqlamasında bir məsələ aydın ifadə olunmamışdır:: Ukraynada məhv edilmiş kimi görünənləri yeniləri əvəz edəcək, ya yox.

Rusiya kimi imperiya ambisiyaları və tüğyan edən müstəmləkəçilik nümayiş etdirən avtokratik ölkələrin rəhbərliyi öz azad və maarifçi vətəndaşları ilə güclənən suveren millətlərin həqiqi iradələrini ifadə edə bilməsindən qorxur. Bu qorxunun bir nümunəsi Kremlin təbliğat sisteminin Finlandiya və İsveçin davam etməkdə olan NATO-ya üzvlük proseslərinə reaksiyaları olsa da, Ukrayna və Gürcüstan kimi ölkələrin hazırda və keçmişdə məruz qaldığı məlum rus barbarlığında da özünü göstərir.

Finlandiya və İsveç NATO alyansına qoşulmaq üçün üzvlük prosesini davam etdirdikcə, Ukrayna isə Avropa xalqları ailəsində özünün əsl tarixi evinə yenidən inteqrasiya etdikcə Kremldən daha çox şifahi hücum və açıq aqressiya gözləməliyik. Bu, Kreml gec də olsa diqqətlə güzgüyə baxaraq keçmiş və indiki cinayətlərinə dürüst qiymət vermək kimi gözlənilməz bir addım atana qədər davam edəcək.

MƏSULİYYƏTDƏN İMTİNA

EUvsDisinfo verilənlər bazasındakı nümunələrdə beynəlxalq informasiya məkanında reallığın natamam, təhrif olunmuş və ya yalan təsvirini təmin edən və əsas Kremlyönümlü mesajları yaydığı müəyyən edilən mesajlara diqqət yetirir. Bununla belə, bu, mütləq surətdə müəyyən bir nəşrin Kremllə əlaqəsinin olduğunu və ya redaksiyasının Kremlyönümlü olduğunu, yaxud bilərək dezinformasiya yaymağa çalışdığını bildirmir. EUvsDisinfo nəşrləri Aİ-nin rəsmi mövqeyini əks etdirmir, belə ki, ifadə edilən məlumat və rəylər media hesabatlarına və Şərq Stratcom İşçi Qrupunun təhlilinə əsaslanır.

    %s

      Your opinion matters!

      Məlumatların Qorunmasına dair Məlumat *

        Subscribe to the Disinfo Review

        Your weekly update on pro-Kremlin disinformation

        Data Protection Information *

        The Disinformation Review is sent through Mailchimp.com. See Mailchimp’s privacy policy and find out more on how EEAS protects your personal data.

        🎵 Playlist