Kremlin yalanlarının dumanlı pərdəsinin ardında Rusiyanın hərbi yerləşdirmələri gizlənir

Kremlyönümlü KİV-lərin dezinformasiyalarının yayılması Rusiyanın Ukrayna yaxınlığındakı hərbi qüvvələrini gücləndirməsinin arxasındakı əsl miqyası və niyyətləri gizlətmək cəhdidir.

Son bir neçə ay ərzində çoxsaylı etibarlı KİV-lər həm rəsmi hökumət mənbələrinə, həm də əsas kütləvi informasiya vasitələrinə istinad edərək, Rusiyanın Ukrayna ilə sərhədinə yaxın ərazilərdə təxminən 90 000 hərbi qulluqçu və hərbi vasitə yerləşdirdiyini bildirib.

Qoşunların bu cür yerləşdirilməsi heç də yeni hal deyil. Hazırda davam edən qoşun yerləşdirməsi üçün bir növ məşqə bənzəyən, keçən ilin aprel ayında baş vermiş bənzər qoşun yerləşdirməsini, gərək ki, hamımız xatırlayırıq. Bununla belə, bu dəfə həm rəsmi ritorika, həm də Kremlyönümlü KİV-dəki hərbi danışıqlar vəziyyəti həm Ukrayna, həm də Qərb nöqteyi-nəzərindən daha da narahatedici bir hala gətirib çıxarır.

Kremlyönümlü KİV təkzib edənə qədər heç nəyə inanmayın

Etibarlı mənbələrdən çox sayda və ictimaiyyətə açıq olan sübutlara baxmayaraq, Kremlyönümlü KİV hər hansı yerləşdirilmənin mövcudluğunu inkar edirsırf müdafiə motivlərinə, NATO-nun təxribatlarına dair dezinformasiya yaymaqda davam edir.

Kremlyönümlü KİV-lərin reallıqdan uzaq fikrincə, hər hansı bir yerləşdirmədən söhbət gedirsə, bu, Qərb dövlətləri tərəfindən təlim keçmiş neonasistlərin üstünlük təşkil etdiyi Ukraynadan gözlənilən təcavüzlə bağlıdır. Bundan əlavə, məsələ yalnız Ukraynada deyil, geniş yayılmış dezinformasiya mənbələrinə əsasən, hadisələrin arxasında həm də hər zaman ABŞNATO-nun gizli əli, təcavüzkarlığı və pis niyyətləri dayanır.

Kremlyönümlü KİV-lərin NATO-nun Şərqə doğru genişlənməsi, Rusiyanın qondarma “Rusiyaya qarşı” ritorikanın qurbanı olmasıRusiyanın düşmən qüvvələr tərəfindən mühasirəyə alınması haqqında əsrlərdir davam edən dezinformasiyaları təzədən ortaya çıxmış və yenidən Rusiya hərbi yerləşdirmələrinə və bəlkə də daha çoxuna haqq qazandırmaq üçün istifadə olunmağa başlanmışdır.

Zərərli vərdişlərdən qurtulmaq çox çətindir

Öz gələcəyini və müqəddəratını azad şəkildə həll etmək üçün “təsir sahələri” və “millətlərin məhdud suverenliyi” haqqında söhbətlər də Kremlin uğursuzluğunun, həmçinin tarixi olduğu kimi görməkdə və köhnə səhvlərini təkrarlamamaq üçün lazım olan nəticələr çıxarmaqda acizliyinin daha bir göstəricisidir.

Keçmiş səhvlərin yenidən qiymətləndirilməsi, məsələn, Təhlükəsizlik təminatlarına dair Budapeşt Memorandumunda qeyd olunduğu kimi, Kremlin Rusiyanın “Ukraynanın müstəqilliyinə, suverenliyinə və mövcud sərhədlərinə hörmət etmək” və Ukraynaya qarşı “güc tətbiq etmək hədəsindən və ya istifadəsindən çəkinmək” öhdəliyini yenidən təsdiq etməsi ilə başlaya bilər.

Digər diqqətəlayiq dezinformasiyalardan hissələr:

Əlaqəli dezinformasiya halları

MƏSULİYYƏTDƏN İMTİNA

EUvsDisinfo verilənlər bazasındakı nümunələrdə beynəlxalq informasiya məkanında reallığın natamam, təhrif olunmuş və ya yalan təsvirini təmin edən və əsas Kremlyönümlü mesajları yaydığı müəyyən edilən mesajlara diqqət yetirir. Bununla belə, bu, mütləq surətdə müəyyən bir nəşrin Kremllə əlaqəsinin olduğunu və ya redaksiyasının Kremlyönümlü olduğunu, yaxud bilərək dezinformasiya yaymağa çalışdığını bildirmir. EUvsDisinfo nəşrləri Aİ-nin rəsmi mövqeyini əks etdirmir, belə ki, ifadə edilən məlumat və rəylər media hesabatlarına və Şərq Stratcom İşçi Qrupunun təhlilinə əsaslanır.

    %s

      Your opinion matters!

      Məlumatların Qorunmasına dair Məlumat *

        Subscribe to the Disinfo Review

        Your weekly update on pro-Kremlin disinformation

        Data Protection Information *

        The Disinformation Review is sent through Mailchimp.com. See Mailchimp’s privacy policy and find out more on how EEAS protects your personal data.

        🎵 Playlist