Bu töhfə EEAS-ın rəsmi mövqeyini ifadə etmir. EEAS nəşrdə yer alan məlumatın istifadəsinə görə məsul tutula bilməz.
Rus müstəmləkəçiliyinin hər kəsin gözü qarşısında pərdələnməsinə kömək edən beş mif
Rusiya Ukraynanı genişmiqyaslı şəkildə işğal etməzdən və xalqımın soyqırımı başlamazdan bir neçə gün öncə dərin iztirab keçirirdim. Mən on ilini dünya ictimaiyyətinin diqqətini Rusiyanın müstəmləkə davranışına cəlb etməyə çalışan bir ukraynalı jurnalist olaraq burada idim. Yenə də dünya yaxınlaşmaqda olan kütləvi qırğından indiyə qədər görünməmiş, yeni və anlaşılmaz bir hadisə kimi bəhs edəcəkdi. Qayğılarımı jurnalistikaya yönəldərək son 111 il ərzində baş verən Rusiya işğallarının sadalandığı X üzərindən post silsiləsi başlatdım. Bu, akademik və ya təfərrüatlı təhlil deyildi, əksinə, ayrı-ayrı, görünüşdə bir-biri ilə əlaqəsi olmayan hadisələr arasındakı ortaq nöqtələri birləşdirirdi. Müxtəlif rejimlər və hökmdarların idarəsi altında Rusiya yaxın rus məkanında müstəmləkə hökmranlığını möhkəmləndirmək üçün eyni formuldan istifadə edirdi — manipulyasiya, işğal, kütləvi qırğın. Post o vaxtdan internetdə məşhurlaşdı və onu Ukraynada müharibə dövrünün sənətçiləri tərəfindən təsvir edilmiş kitabça halına gətirdim.
Rusiyanı mütəşəkkil terrorizm tarixinə malik müstəmləkə faşist imperiyası kimi ifşa etmək ilk növbədə ədalətlə əlaqədardır. Bununla belə, bu həmçinin “bu, Putinin müharibəsidir və ruslar isə qurbandır” kimi məşhur rəvayətlərə son qoymaqla bağlıdır. Bu, Rusiyanın hər zaman belə olduğu və məsuliyyətə cəlb edilmədiyi müddətcə bu cür də davam edəcəyini göstərməkdir. Lakin Şühəda Sədaqətə (Şineyd O’Konnor kimi tanınır – müstəmləkəçilik əleyhinə sənətinin əfsanəsi) istinad etsək, ədalətin bərqərar edilməsi üçün bilik və dərk etmə olmalıdır. Dünya rus müstəmləkəçiliyi probleminə məhəl qoymamağı dayandırana qədər Rusiyada rejimlər və nəsillər dəyişsə də, rus faşizmi mənim cəmiyyətim kimi qonşu cəmiyyətləri qorxutmağa davam edəcək.
Bir çox cəhətdən rus müstəmləkəçiliyi ilə bağlı hekayələr və araşdırmalar hazırlamaq və yaymaq missiyam Rusiya dezinformasiyasına qarşı mübarizə apardığım ömürlük fəaliyyətimlə formalaşır. Bundan əlavə, bu fenomenin uzun müddət dünyada diqqətdən kənar qalması və marginallaşdırılması Rusiya propaqandasının mif yaratmasının ən böyük uğur hekayəsidir. EUvsDisinfo-da həmkarlarımın gördüyü möhtəşəm işlərə ithafən, Rusiyaya müstəmləkəçi kimi baxmağımıza mane olan beş əsas mifi təqdim etmək istəyirəm.
1. Müstəmləkəçilik yalnız ağ dərili qərblilərin Cənub yarımkürəsində qaradərililərə qarşı törətdiyi əməllərdir.
Müstəmləkəçiliyin mürəkkəb və başa düşülməsi çətin olduğunu iddia edənlər həm haqsız, həm də haqlıdırlar.
Əgər sizin empatiya bacarığınız və fərdi yaxud da cəmiyyətin bir parçası kimi tabeçilik və ya təzyiqə məruz qalma təcrübəniz varsa, bunu anlamaq asandır. Bunu etsəniz, müstəmləkəçiliklə qarşılaşdığınız zaman onu tanıyacaqsınız. Dünyanı gəzdim və öz ölkəmdən çox fərqli tarixi keçmişə və mədəniyyətə malik insanlarla tanış oldum. Təcrübələrimizə istinad etmək üçün bəzən fərqli sözlərdən istifadə etsək də, növbə müstəmləkə zorakılığı təcrübələri haqqında səmimi hekayələri paylaşmağa gəldikdə, ortada heç bir anlaşılmazlıq yox idi. İstər Cənubi Sudanlı, istər qazax (yaxud ruslaşmış transliterasiya əvəzinə yerli tərzdə yazılmış Qazaq), irlandiyalı, istərsə də afar dostumla söhbət edim, müstəmləkəçiliyin nə olduğunu və onun nə etdiyini bilmək demək olar ki, instinktiv şəkildə baş verirdi.
Tez-tez özünü sənədləşdirən və dekolonizasiyasını tənqidi şəkildə qiymətləndirən görkəmli ukraynalı mədəniyyətşünas Mariam Nayem müstəmləkəçiliyin universal xüsusiyyəti kimi “mədəni yadlaşma”dan bəhs edir: devalvasiya və öz mədəniyyətini “ibtidai” olaraq rədd etmək, eləcə də dəyəri müstəmləkəçilərinin fərqli, dominant, tətbiq edilmiş mədəniyyətində görmək. “Mən “mədəni riyakarlığımı” (insanların öz icmalarının mədəniyyətini dəyərsizləşdirməyə səbəb olan daxili aşağılıq kompleksini) aradan qaldırmaq üçün saysız-hesabsız vaxt sərf etmişəm. Bununla belə, bu bir sağalma prosesidir,”- Nayem yazır.
Mürəkkəb hissə bütün bunların taksonomiyası ilə başlayır. Müstəmləkəçilik müxtəlif formalarda özünü büruzə verir. İmperializm (daha çox iqtisadiyyat və torpaq ələ keçirməklə əlaqədardır) və müstəmləkəçiliyi (daha çox kimlik və mədəniyyətlə əlaqədardır) bir-birindən fərqləndirmək və Rusiyanın nə üçün əslində müstəmləkə imperiyası olduğunu anlamaq mühüm əhəmiyyət kəsb edir. Mariam Nayem və mən “Volya Hub” şəbəkəsi üçün hazırladığımız izahedici videolar seriyasında vurğulayırıq ki, müstəmləkə imperiyası təkcə ərazi ilə bağlı deyil; bu, ilk növbədə kimlik və imperiyanın ona necə hakim olması, onu silməsi və ya məhv etməsi ilə bağlıdır. Müstəmləkəçiliyin müxtəlif formalarda ola biləcəyini göstərən tədqiqatların sayı getdikcə artır. Hətta Rusiya imperiyası daxilində müstəmləkəçiliyin tabeçiliyi Ukraynadan (daha çox Ukrayna kimliyinin mənimsənilməsi haqqında) Qazaxıstana (daha çox ağların üstünlüyü haqqında) qədər bir təhlükə təşkil edəcək — yaşayış məskənlərinin yaradılması yolu ilə həyata keçirilən müstəmləkəçilik daimi olaraq qalacaq.
Bu, yalnız xaricdəki koloniyalar və qaradərili insanların əsarət altına alınması ilə bağlı olmamalıdır.
Əslində, sonuncusu Qərb alimlərinin arxaik baxışının təcəssümüdür və Qərbin “müstəmləkə baxışı”nın qalığıdır: Qərb müstəmləkə imperiyalarının belə olması o demək deyil ki, başqa yerlərdə müstəmləkəçilik də eyni xüsusiyyətlərə malik olacaq. Biz qlobal miqyasda bütün müstəmləkə təcrübələrinə təkcə Qərb nöqteyi-nəzərindən baxa bilmərik.
2. Moskva Rusiyanı dərk etdiyimiz yerdir
Dəmir Pərdə yalnız Sovet İttifaqına aid deyil. Söhbət həm də Rusiyanın əsrlər boyu əsarət altına aldığı xalqın bütün səslərini təcrid edərək yaratdığı nəzarət mədəniyyətindən gedir. Xaricilərə bizim kim olduğumuzu, haradan gəldiyimizi və taleyimizin nə olduğunu izah etmək üçün Moskva tam monopoliyaya sahib idi. O həm də Rusiyanın nə olduğu və rusların kim olduğu haqqında səlahiyyətli bir mifologiya yaratmaq bacarığına malik idi. Bu, xaricdə belə bir tendensiyaya gətirib çıxardı ki, Rusiya və ya Rusiya ətrafındakı ölkələrlə bağlı hər şey hər zaman yalnız ruslar tərəfindən izah olunurdu.
Beləliklə, müstəmləkəçi prizmasından ukraynalıların, qazaxların və ya moldovalıların kim olduğu haqqında təhrif edilmiş qlobal biliklər formalaşdı. Onu dekolonizasiya etməyin vaxtı gəlib çatdı.
“Böyük Rusiya mədəniyyəti”ni ideallaşdıran sözdə Tolstoyevski mədəniyyəti Moskva tərəfindən dünya miqyasında müdafiə olunarkən, Rusiyanın müstəmləkə altına aldığı yerli mədəniyyətlərin talan edilməsi və mənimsənilməsi faktı gizlədilir. Onu dekolonizasiya etməyin vaxtı gəlib çatdı.
Beləcə, hər bir böyük Qərb akademik institutunda “Slavyan/Şərqi Avropa/Avrasiya/Rusiya” şöbəsi fəaliyyət göstərir, minlərlə “Rusiya üzrə mütəxəssis” yetişdirilir, lakin hələ də Ukraynada davam edən soyqırımı tamamilə proqnozlaşdırmaqda uğursuzluğa düçar olur. Onu dekolonizasiya etməyin vaxtı gəlib çatdı.
Beləcə, Rusiya anti-imperializm, anti-müstəmləkəçilik və anti-irqçiliyin müdafiəçisi olma mifindən yaxasını qurtarmış, irqçiliyi Dəmir Pərdəsi ardında qanuniləşdirmiş, həmçinin Afrika və Amerika da daxil olmaqla, xarici ölkələrin müstəmləkə fəthləri tarixinə sahib olmuşdur.
Buna görə də, bu günə qədər Ukraynadan (yaxud digər keçmiş və ya indiki Rusiya müstəmləkələrindən) ucalan səslər mübarizə aparmalı və diqqəti Ukraynada baş verən soyqırımın daha əvvəl görünməmiş bir şey olmamasına yönəltməlidir. Bu əvvəllər dəfələrlə baş verib. Əgər Rus müstəmləkəçiliyi nəzarətsiz və cavabsız qalarsa, bu, bizdən sonra da dəfələrlə baş verəcək.
Bu danışıqları müstəmləkəçilər və onların davamçıları deyil, müstəmləkəçilikdən xilas olanlar aparmalıdır – beləliklə danışığa daha çox müxtəliflik və təfərrüatlar daxil olar.
3. Müstəmləkəçi qurbandır, dünyanın yerdə qalan hissəsi rusofobikdir
“Biz sivilizasiya gətiririk”, – deyirlər. “Biz sizi müdafiə etmək üçün gəldik”, – deyirlər. “Biz özümüzü müdafiə edirik”, – deyirlər.
İstər Ukraynada davam edən soyqırım, istər Gürcüstanın Sakartvelo şəhərinin 2008-ci ildəki işğalı, 1939-cu ildə Finlandiyanın işğalı, istərsə də 1911-ci ildə İran işğalı olsun, Rusiya hücuma haqq qazandırmaq üçün hər zaman özünü qurban kimi qələmə vermə ritorikasından istifadə edir. İmperiya zorakılığa görə tənqid edildikdə, ardıcıl rus rejimləri yalnız bir əks arqument irəli sürdülər: “Rusofobiya”. Bu günə qədər bu arqument təkcə Putin tərəfindən deyil, hətta Putinin əleyhinə olduğunu iddia edən ruslar tərəfindən də geniş miqyasda dəstəklənir və mexaniki şəkildə təkrarlanır.
Bu, Şərqi Avropa mövzusunda dünyanın aparıcı tarixçilərindən biri olan Timoti Snayderin BMT Təhlükəsizlik Şurası qarşısında irəli sürdüyü iddiadan götürülmüşdür:
“İmperiyanın gücü ilə əsl qurban insanlıqdan çıxarılır və imperiyanın qurban olduğu iddia edilir. Qurban (indiki halda Ukrayna) hücuma, qətlə, müstəmləkəyə qarşı çıxdıqda, imperiya dinc olmaq istəyini əsassız, xəstəlik adlandırır. Bu, “fobiya”dır. Qurbanların düşüncəsiz, “fobik” olmaları və “fobiya”ya malik olmaları istiqamətindəki bu iddia, diqqətləri qurbanların real dünyadakı gerçək təcrübələrdən yayındırmaq məqsədi daşıyır. Bu təcrübələr isə, əlbəttə ki, təcavüz, müharibə və vəhşiliklə bağlıdır. “Rusofobiya” termini mövzunu faktiki işğalçı müharibədən işğalçıların hisslərinə yönəltmək, bununla da ən çox zərər çəkən insanların varlığını və təcrübəsini pərdələmək üçün nəzərdə tutulmuş imperiya strategiyasıdır. İmperialist deyir: “Burada yeganə insan bizik. Əsl qurbanlar bizik. Bizim hisslərimizin incidilməsi digər insanların həyatından daha vacibdir”.
Əgər ingilislərə, fransızlara və ya amerikalılara qarşı müstəmləkə cinayətləri haqqında danışmağın nifrət cinayəti olduğunu və ya onların məsuliyyətə cəlb edilməsi tələbinin istismar olduğu fikrini irəli sürsəm, mən həm Şimal, həm də Cənub yarımkürəsində hamılıqla qınağa məruz qalardım. Bəs niyə Rusiya üçün fərqli standart var?
4. “İmperiyanın təqsirsizliyi”.
“Günahkar Çardır”, – deyirlər. “Günahkar Stalindir”, – deyirlər. “Günahkar Putindir”, – deyirlər.
Rusiya cəmiyyətinin imperializm, faşizm və müstəmləkəçiliklə bağlı keçmiş və həll edilməmiş problemi var. Hətta müasir dövrdə müharibə əleyhinə olan ruslar çox vaxt ölkələrinin əvvəl və ya indi törətdiyi hər hansı soyqırım cinayətlərinə görə bütün günahı bir ayrı diktatorun, hökmdarın və ya rejimin üzərinə atmağa üstünlük verirlər. Rusiyanın çoxəsrlik müstəmləkə zorakılığı mədəniyyətinin tanınması ilə bağlı hər hansı müzakirə həm Putinin tərəfdarları, həm də onun rus əleyhdarları arasında eyni “rusofobiya” hayqırtılarına səbəb olur.
Görkəmli qazax mütəfəkkiri Botaköz Qasımbekova bu fenomeni təsvir etmək üçün “imperiyanın təqsirsizliyi” ifadəsini işlətmişdir. Ruslar “keçmiş Rusiya müstəmləkələrindən sədaqət, o cümlədən rus dilini bilmək, siyasi sədaqət və Qərbin təsirinə qarşı müqavimətdə birlik gözləyirlər”. Belə bir imperiya baxış tərzinə görə, Rusiyanın qeyri-rus əhali üzərində hökmranlıq etməsi müstəmləkəçilik deyil, müasirliyin töhfəsidir. Bu, geridə qalmış xalq naminə edilən çox fədakar işdir. Müstəqil xarici siyasət yürütmək və Rusiyanın Sovet tarixinə baxışına meydan oxumaq da daxil olmaqla, Rusiyanın mədəni üstünlüyünün rədd edilməsi siyasi sədaqətsizlikdir… Müstəqillik arzusu Rusiyada qurbanlıq hissi oyadır, rus imperiyası ilə fikir ayrılığı Rusiyanın mədəni əzəmətinə qarşı edilən hücumdur”, – deyə Kasımbekova rus müstəmləkəçiliyi haqqındakı qabaqcıl məqaləsində yazır.
İmperiyanın təqsirsizliyi mifi tarix boyu müxtəlif rus rejimlərini Rusiyanın müstəmləkə hakimiyyətini qoruyub saxlamaq üçün davamlı və ortaq təkanla birləşdirən ideoloji əsasdır. Və eyni zamanda çarlıq, imperiya, birlik, federasiya kimi adlandırmağı sevdiyi şeylərin bitib-tükənməyən dəyişiminə rəğmən, Rusiyanın imperiya propaqandasını daim canlı tutan şey də məhz budur. Bu, Moskvaya öz imperiyasının müstəmləkə xarakterini uzun müddət gizlətmək imkanı verdi. Hər dəfə yeni hökmdar hakimiyyətə gəldikdə cavabdehlik rejimini sonsuza qədər bərpa etmək və əvvəlki cinayətlərə görə məsuliyyətdən yayınmaq üçün belə bir fikir irəli sürür?: “Olanlara görə üzr istəyirik, artıq yeni rejimimiz var və keçmişdə baş verənlərin hamısı keçmişdə qalır”.
Bu, indiyə qədər kəşf edilən ən uğurlu zərərə nəzarət reklam strategiyasıdır.
5. Rusiya müstəmləkəçi ola bilməz, çünki onun tarixində heç bir qurban olmayıb
Mən on ildən artıqdır ki, rus müstəmləkəçiliyini tədqiq etsəm də, Rusiyanın müstəmləkə cinayətləri və ya onların on milyonlarla qurbanı haqqında hər hansı vizual sənəd tapmağın, hətta nisbətən yaxın tarixdə belə çətin olması məni hələ də heyrətə gətirir. Moskva 1940-cı illərdə Qırımlılar və ya Kalmıklar kimi bütöv bir xalqı bir gecədə deportasiya etmiş ola bilər, lakin bu cinayətlərə dair kifayət qədər foto və ya video sübut tapmaq demək olar ki, mümkünsüzdür. Rusiyanın Sibirdə və ya Arktikada təcrid olunmuş yerli icmalara müdaxiləsinə dair sübutlar tapmaq daha çətindir.
Bəs buna səbəb nədir? Müstəmləkə halına salınmış xalqlar arasında tarixi sübutları gizlətmək və ya məhv etmək üçün sistemli fəaliyyət Rusiyanın müstəmləkəçilik uğurunun tərkib hissəsidir. 2022-ci il fevralın 24-dən sonra ruslar Zaporojye vilayətindəki doğma kəndimi işğal etdilər. Onların gördükləri ilk işlərdən biri yerli arxivlərə və kitabxanalara basqın etmək, Ukrayna dilində tapdıqları hər şeyi müsadirə edib yandırmaq olmuşdur. Bəzi yerli sakinlərin evlərində ailə fotoalbomları hətta qəsdən dağıdılıb.
Rusiyanın tarixi yenidən yazmaq və rus sivilizasiya hökmranlığı ideologiyasına zidd olan həqiqi mənbələri məhv etmək siyasəti əsrlər boyu və müxtəlif rejimlər altında dəyişməz qalmışdır.
Milli kimliyiniz silindikdə, imperiya üçün kim olduğunuzu, haradan gəldiyinizi və taleyinin necə olacağını söyləmək daha asan olur.
Bilikdən ədalətə doğru. Növbədə nə var?
Ukraynalıların müqaviməti indi Rusiya müstəmləkəçiliyinin nə olduğunu yaxından bilən Çexiyadan Qırğızıstana qədər hər kəsi ruhlandırır. Ukrayna uğursuzluğa düçar olarsa, bu sonsuz müstəmləkə terrorizmi davam edəcək. Rusiya daha çox ölkəni işğal edəcək, daha çox torpaq oğurlayacaq, daha çox yerli xalqın səsini batıracaq. Ona görə də Ukrayna imperiyanı öz ərazisindən sıxışdırıb çıxararaq, bütün bu qurtuluş hekayələrinin, imperiyanın sonu və müstəmləkəsizliyin gələcəyi olub-olmayacağına çox böyük təsir göstərir və göstərməyə davam edəcək.
İmperiyaya son qoymağın ən yaxşı yolu Ukrayna Silahlı Qüvvələrinə dəstək verməkdir. Rus müstəmləkəçiliyi ilə bağlı bütün danışıqlarımda vurğulayıram ki, Ukrayna kifayət qədər silah almasa, Rusiya müstəmləkə imperiyasının ifşası üçün görülən bütün işlər mənasız olacaq.
Bundan sonra ediləcək iş dəyərlərin yenidən qiymətləndiriıməsi və təcavüzkarın deyil, sağ qalanlarının səsinə diqqət yetirməkdir.
Mən özünü başqasının yerinə qoymağı bacaran və ədalətli jurnalistika ilə məşğul olan bir yazıçıyam. Ona görə də tam açıqlama üçün rus müstəmləkəçiliyi mədəniyyətinin izahı və ifşası mənim üçün dərin şəxsi xarakter daşımalı idi. Mənim nəslimdə mövcud olan boşluqların sayı sonsuzdur, çünki əcdadlarımın çoxu rus müstəmləkəçiləri tərəfindən öldürülüb, qaçırılıb və ya deportasiya edilib. Bütün həyatım boyunca kökləriniz haqqında çox şey bilmədiyiniz və bildiyiniz azcıq şeyə də həqarətlə baxmağa öyrədildiyiniz ciddi kimlik həngaməsi ilə mübarizə apardım. Ukraynalı kimliyimlə yenidən əlaqə qurmaq üçün ciddi araşdırma jurnalistikası bacarığı tələb olunurdu. Lakin mən bu yola çıxdıqdan sonra anlamağa başladım ki, bu, təsadüf və ya şəxsi tale deyil, bu, kimliyimi silmək məqsədi daşıyan daha böyük bir əsarət və ruslaşdırma sxeminin bir parçasıdır. Milli kimliyiniz silindikdə, imperiya üçün kim olduğunuzu, haradan gəldiyinizi və taleyinin necə olacağını söyləmək daha asan olacaq.
“Sizin kimliyiniz və dünyagörüşünüzlə bağlı nələr gerçəkdir və nələr isə müstəmləkəçi tərəfindən düşüncənizə yeridilmişdir?” Bu suala hər zaman aydın cavab verə bilmirik; dekolonizasiya ömür boyu davam edə bilər. Lakin həm sağ qalanlar, həm də imperializm və müstəmləkəçiliyin bütün formalarına son qoymağa çalışanlar üçün bu maarifləndirici səyahətə başlamaq vacibdir.
“Rus müstəmləkəçiliyi 101” kitabçasını açdığınız zaman ilk səhifədə yalnız bir cümlə yer alır: “İmperiya məhv olmağa minəhkumdur”. Kitaba ən çətin zamanlarımın ortasında bir ümidlə başlamalı idim. Lakin bu həmçinin bir faktdır. Bütün imperiyalar parçalanır. Bilik, ədalət və hərbi məğlubiyyət vasitəsilə bu, Rusiyanı da bu tale gözləyir. Parçalanmış, tərksilah edilmiş və dekolonizasiya edilmiş Rusiya işə yarayacaq yeganə sülh planıdır.
