Saxta Dəbilqələr, Troll Qol Nişanları: Kremlyönümlü KİV Qazaxıstandakı Vəziyyətdən Necə İstifadə Etdilər

Kremlyönümlü KİV Qərbi Qazaxıstanda baş verən“rəngli inqilab”-da günahlandırır, lakin demək olar ki, heç kim onlara fikir vermir.

Yanvarın 6-da səhər saatlarında Rusiya hava-desant qüvvələri Kremlin dəstəklədiyi daha bir diktatoru xilas etmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tələsik qəbul etdiyi mandatına əsasən Qazaxıstana endi. Özününkülərdən birini hədəfə alan KTMT-nin “sülhməramlı missiyası” (Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan əsgərlərindən ibarət) Varşava Müqaviləsi Təşkilatının üzv dövlətlərindəki xalq üsyanlarını yatırtmaq üçün keçirdiyi əməliyyatları tükürpədici şəkildə xatırladırdı. Lakin bu dəfə “sülhməramlılar” etirazçılarla üzləşmək üçün icazəsiz BMT dəbilqələri və qol nişanları taxaraq küçələrə çıxdılar.

Qazaxıstandakı yanacaq qiymətlərinin artması fonunda baş verən etirazlar yanvarın 2-də daha da alovlandı.. Vətəndaşlar arasındakı uzunmüddətli narazılıqlar bir rayon mərkəzindən sürətlə Almatı küçələrinə və onun hüdudlarından kənara yayıldı. Ən azı 163 insanın ölümü, mindən çox insanın yaralanması və 10 0000-ə yaxın şəxsin həbs edilməsi ilə nəticələnən etirazlar görünür ki, hazırda yatırılıb.

Köhnə Taktika Yenidən İstifadədə

Qazaxıstanda yaşananlara bənzər hadisələr zamanı dəfələrlə şahidi olduğumuz kimi, aldatmaq və çaşdırmaq məqsədi daşıyan dezinformasiya geniş vüsət alıb. Qazaxıstan hakimiyyəti tələsik ölkənin internet bağlantılarını kəsdi, bunun nəticəsində Qazaxıstan vətəndaşları hadisə ilə bağlı öz versiyalarını dünya ilə bölüşmək imkanından məhrum oldu, kənar müşahidəçilərin isə hökumət tərəfindən idarə olunmayan etibarlı məlumat mənbələrinə çıxışı məhdudlaşdı.

Qazaxıstan hakimiyyəti geniş tətbiq olunan Kreml taktikasına uyğun olaraq tezliklə etirazlara görə təqsirləndirmək üçün kənardan bir günahkar tapdı: xaricilərin rəhbərlik etdiyi çoxsaylı terrorçular.

Rəngli İnqilab Sxemi

Buna baxmayaraq, bu dəfə Kreml hələ 2020-ci ildə Belarusda olduğu kimi çevik təbliğatçılarını deyil, gücünü işə salmağa zamanı olduğundan, Qazaxıstan hakimiyyətinin istifadə etdiyi taktika elementi müasir deyil, çox güman ki, 1990-cı illərdən qalma idi. Nəticədə, Kremldən və Astanadan yayılan dezinformasiya ssenariləri arasında utanc verici bir uyğunsuzluq yarandı. Kreml təkbaşına “Meydan texnologiyaları” və “rəngli inqilablar” haqqında dezinformasiya yayaraq pərdə arxasında Qərbin sabitliyi pozan əlinin bir daha hərəkətə keçdiyini iddia edirdi. Qazaxıstan hökuməti isə bu vaxt öz məlumatlarında dinc etirazları silahlı qruplardan ayırmağa çalışır, Qərbin hər hansı iştirakını rədd edir, Qazaxıstanda baş verənlərin “rəngli inqilab” olmadığını aydın şəkildə bildirir və günahı “terrorçuların” və ya “İslam terrorçularının” üzərinə atmağa çalışırdı.

Eyni zamanda, KTMT missiyası Qazaxıstanı xilas etmək, Avrasiya həmrəyliyini dəstəkləmək və Qərbin rəngli inqilab üçün şər planının qarşısını almaq vasitəsi kimi təsvir edilirdi. Burada yenə də müəyyən fikir ayrılıqları var: Qazaxıstanın rəsmi kanalları KTMT-nin 2-12 gün ərzində geri çəkiləcəyini ehtimal etsə də, Kremlyönümlü KİV-lər bu mövzuda dəqiq bir fikir söyləmir və onlar lazım olan qədər qalmağın vacibliyindən bəhs edir.

“Qazaxıstandakı etirazlar Qərbin rəngli inqilab təşkil etmək cəhdidir” – “Terrorçu qruplar Qazaxıstanda Meydan texnologiyalarından istifadə edib” – “Qazaxıstandakı etirazları xaricdə təhsil almış terrorçu dəstələr təşkil edir”

Bununla belə, Qazaxıstan kontekstində istifadə edilən Kreml ifadələri Rusiyanın imperiya ambisiyalarına və xarici avantürizminə bəraət qazandırmaq üçün istifadə edilən tipik Kreml dili və süjet xətti ilə səsləşdiyi üçün təəccüb doğurmadı. Bənzər ifadələr Kremlyönümlü dezinformasiyanın əsas hədəfi olan Ukrayna ilə bağlı müntəzəm şəkildə istifadə olunur.

Kremlyönümlü KİV-lərin bu süjet xəttini izləməsi heç də təsadüfi hal deyil. Bu həftə NATO və Rusiya arasındakı danışıqlar diqqət mərkəzində olduğundan Kreml bu danışıqlardan da özünü “məkrli Qərb”-in mühasirəsində kimi qələmə verməyin əlavə üsulu kimi istifadə edir. Təxmin edildiyi kimi, Qərbin xoşlamadığı hökumətləri devirmək üçün istənilən fürsətdən istifadə etməsi iddia edilir. Meydandan tutmuş BelarusRusiyadakı demokratik etirazlara və ya hətta Aİ-nin öz üzv dövlətlərinə qarşı nəsə hazırlamasına qədər bu süjet xəttinin təkrar-təkrar istifadə edilməsinin şahidi olmuşuq. Dəfələrlə təkrarlanmasına baxmayaraq, bu iddialar həqiqəti əks etdirmir.

Yanvarın 10-da dövlət rəsmiləri vəziyyətin nəzarət altına alındığını bildirdilər. Qazaxıstandakı vətəndaş iğtişaşlarının müvəqqəti olaraq yatırılmasına baxmayaraq, tezliklə aydın ola bilər ki, Moskvanın rəhbərlik etdiyi qoşunları ölkəyə dəvət etmək asan olsa da, Kreml yaxın xaricdə təsir dairəsi yaratmaq həvəsinin artdığını nümayiş etdirdiyi üçün bu qoşunları ölkədən çıxarmaq daha çətin ola bilər.

MƏSULİYYƏTDƏN İMTİNA

EUvsDisinfo verilənlər bazasındakı nümunələrdə beynəlxalq informasiya məkanında reallığın natamam, təhrif olunmuş və ya yalan təsvirini təmin edən və əsas Kremlyönümlü mesajları yaydığı müəyyən edilən mesajlara diqqət yetirir. Bununla belə, bu, mütləq surətdə müəyyən bir nəşrin Kremllə əlaqəsinin olduğunu və ya redaksiyasının Kremlyönümlü olduğunu, yaxud bilərək dezinformasiya yaymağa çalışdığını bildirmir. EUvsDisinfo nəşrləri Aİ-nin rəsmi mövqeyini əks etdirmir, belə ki, ifadə edilən məlumat və rəylər media hesabatlarına və Şərq Stratcom İşçi Qrupunun təhlilinə əsaslanır.

    %s

      Your opinion matters!

      Məlumatların Qorunmasına dair Məlumat *

        Subscribe to the Disinfo Review

        Your weekly update on pro-Kremlin disinformation

        Data Protection Information *

        The Disinformation Review is sent through Mailchimp.com. See Mailchimp’s privacy policy and find out more on how EEAS protects your personal data.

        🎵 Playlist