Bütün yollar Ukraynaya aparır: Rusiya ərazidəki cəhdlərini dəstəkləmək üçün dezinformasiyadan necə istifadə edir

Rusiya Ukrayna ilə sərhəd avantürasında riskləri artırdıqca Ukrayna yenidən nüfuzdan salmaq, təhrif etmək, diqqəti yayındırmaq və çaşdırmaq cəhdlərinin əsas hədəfidir.

Ukrayna tez-tez Kremlyönümlü dezinformasiyanın hədəfi olur. 2015-ci ildən bəri müəyyən etdiyimiz, kataloqlaşdırdığımız, ifşa və təkzib etdiyimiz 13,500-dən çox dezinformasiya nümunəsinin 5200-dən çoxunda Ukraynanın adı çəkilir. Bu, EUvsDisinfo məlumatlar bazasındakı bütün nümunələrin təxminən 40 faizini təşkil edir.

Kremlyönümlü dezinformasiya şəbəkəsinin Ukrayna haqqında yaydığı yalanların dumanlı pərdəsinin ardındakı həqiqəti görmək getdikcə daha da çətinləşdiyi üçün bu həftənin əvvəlində Rusiya-Ukrayna münaqişəsi ilə bağlı ən geniş yayılmış və təhlükəli yeddi mifi, bəzən isə açıq yalanları ifşa edən təkzibedici məqalə dərc etdik.

Baş verən bütün hadisələrdə Qərb günahkardır

Rusiyanın yaratdığı gərginliklərin artması fonunda Ukraynanı ləkələmək və çaşqınlıq yaratmaq üçün daha geniş müstəvidə iki narrativ diqqəti cəlb edir. Birinci narrativ: Qərb Ukraynadan istifadə edir. Bir sıra KİV-lər Ukraynanı Rusiyaya təsir etmək və onun sabitliyini pozmaq üçün Qərb hakimiyyətlərinin aləti kimi qələmə verməyə çalışıb. Həmişə olduğu kimi, həm ABŞ, həm də Birləşmiş Krallığa xüsusi yer ayrılıb.

Bu, artıq təkrarlanan şablon xarakteri alıb, çünki daim “ABŞ Rusiya ilə qarşıdurmada Ukrayna kabusundan istifadə edir”, “ABŞ, Birləşmiş Krallıq və Kanada Ukraynanı Rusiyaya qarşı divardələn kimi istifadə etməyə çalışıb” və s. kimi hekayələr eşidirik. Bu kifayət qədər gülünc deyilmiş kimi, Kremlyönümlü KİV-lər bir addım da irəli gedərək indi də “Ukraynanın artıq ABŞ və onun əlaltıları tərəfindən işğal olunduğunu” iddia edir.

Diqqəti çəkən ikinci əsas narrativ isə Qərbin Ukrayna sərhədi yaxınlığında toplanmış Rusiya qüvvələri ilə birbaşa toqquşma yaratmaq üçün “saxta bayraq əməliyyatı” keçirəcəyi iddiasıdır. Bu narrativ müxtəlif formalarda təqdim olunub: Qərbi informasiya məkanında təxribatlar yaratmaqda ittiham etməkdən tutmuş Qərb təlimatçılarının Rusiya sərhədində qaynar nöqtə yaratdığını bəyan etməyə qədər. Bu iddialar tanış səslənirsə, burada təəccüblü heç nə yoxdur. Həm Qərbin “saxta bayraq əməliyyatları” ndan istifadə etməsi, həm də Rusiyanın NATO tərəfindən mühasirəyə alınması Kremlyönümlü dezinformatorların çoxdan müzakirə etdikləri mövzulardır.

Ukrayna Qərb dövlətlərinin Rusiyaya qarşı istifadə etdiyi alətidir
Amerikanın Ukraynanı işğal etməsi ictimaiyyətə Rusiya işğalı kimi təqdim edilir
Qərb Ukraynada təxribatlar hazırlayır
NATO müdafiə məqsədilə deyil, qarşıdurma üçün yaradılıb

Hər şey bir-biri ilə əlaqədardır. Yoxsa deyil?

Kremlyönümlü dezinformatorlar bir çox cəhətdən konspirasiyalara inanan insanlara bənzəyir. Onlar hər yerdə, hətta əlaqəsiz yerlərdə belə əlaqələr görürlər. Hazırda bu media vasitələrinin əsas hədəfi Ukrayna olduğundan, Qazaxıstanda baş verən etirazları digər şübhəlilərlə yanaşı, Ukrayna xüsusi xidmət orqanları ilə də əlaqələndirməyə çalışır və bu xidmətin “Qazaxıstandakı poqromçuların fəaliyyətlərini koordinasiya etdiyini” iddia edirlər.

Təbii ki, bəzi KİV-lərdə Ukraynanın ittiham edilməsi digər KİV-lərdə ABŞ-ı ittiham etmələrinə mane olmadı. Bu ittihamlarda Cenevrədə keçiriləcək ABŞ-Rusiya təhlükəsizlik danışıqları ərəfəsində ABŞ-ın Rusiyaya təzyiq etmək üçün Qazaxıstandakı etirazları koordinasiya etdiyi iddia olunur. Başqa bir qrup KİV-lər isə, məlumatların etibarlılığı bir yana, ən kiçik dəlil belə təqdim etmədən, çox qeyri-müəyyən bir şəkildə “yad əl”ə işarə edirlər.

Bu, Kremlyönümlü KİV-lərin digər tanış addımıdır: dünyanın hər yerində keçirilən xalq etirazlarını xaricdən, çox vaxt ABŞ və Qərb tərəfindən təhrik edilmiş etirazlar kimi yanlış təsvir etmək.

NATO-nu təcavüzkar, Rusiyanı isə puça çıxan (əslində heç vaxt verilməmiş) vədlərin qurbanı kimi qələmə vermək

Kremlin dezinformasiya kitabçasından başqa bir leytmotiv təkrar-təkrar gündəmə gətirilir. Bu, NATO-nun əsas məqsədi Rusiyaya zərər vurmaq olan düşmən hərbi blok olduğu iddiasıdır. Rusiyanın mövqeyini nəzərə alsaq, bu köhnəlmiş mövzunun son iki həftə ərzində dönə-dönə təkrarlanması təəccüb doğurmur. Kreml qədər uzun müddət faktların təhrifi ilə məşğul olmaq zaman keçdikcə hər kəsi çaşdıra bilər.

Kremlin çaşqınlığı NATO-nun rolunu yanlış anlamaq və təhrif etməklə bitmir. Onlar, deyəsən, demokratik ölkələr arasında könüllü ittifaqlar anlayışını da başa düşmür, NATO-nun Ukrayna və Skandinaviya ölkələrini bu bloka cəlb etdiyini və NATO-nun hələ 1990-cı ildə Şərqi və Mərkəzi Avropaya doğru genişlənməyəcəyinə söz verdiyini iddia edirlər. Ölkələr özləri NATO-ya daxil olmaq üçün müraciət edir və qərar NATO-nun hazırkı 30 üzvü tərəfindən qəbul edilir. Hər bir suveren dövlət öz yolunu seçə bilər və qonşu ölkələrin – bu halda Rusiyanın – müdaxilə etmək hüququ yoxdur.

Bu həftəlik Kremlyönümlü dezinformasiya iddialarının digər nümunələri:

Əlaqəli dezinformasiya halları

MƏSULİYYƏTDƏN İMTİNA

EUvsDisinfo verilənlər bazasındakı nümunələrdə beynəlxalq informasiya məkanında reallığın natamam, təhrif olunmuş və ya yalan təsvirini təmin edən və əsas Kremlyönümlü mesajları yaydığı müəyyən edilən mesajlara diqqət yetirir. Bununla belə, bu, mütləq surətdə müəyyən bir nəşrin Kremllə əlaqəsinin olduğunu və ya redaksiyasının Kremlyönümlü olduğunu, yaxud bilərək dezinformasiya yaymağa çalışdığını bildirmir. EUvsDisinfo nəşrləri Aİ-nin rəsmi mövqeyini əks etdirmir, belə ki, ifadə edilən məlumat və rəylər media hesabatlarına və Şərq Stratcom İşçi Qrupunun təhlilinə əsaslanır.

    %s

      Your opinion matters!

      Məlumatların Qorunmasına dair Məlumat *

        Subscribe to the Disinfo Review

        Your weekly update on pro-Kremlin disinformation

        Data Protection Information *

        The Disinformation Review is sent through Mailchimp.com. See Mailchimp’s privacy policy and find out more on how EEAS protects your personal data.

        🎵 Playlist