Rejimi ayaqda saxlayan dezinformasiya: Miqrasiya və NATO Kremlyönümlü KİV-lərin diqqət mərkəzində

Lukaşenko rejiminin miqrantları siyasi məqsədlər üçün sistemli və rüsvayçı şəkildə istifadə etməsi davam etdikcə, dezinformasiya və informasiya manipulyasiyası kampaniyaları da davam etməkdədir. Bu arada, Rusiyanın Ukrayna sərhədləri boyunca hərbi qüvvələrini yerləşdirməsi fonunda, Kremlyönümlü KİV NATO və Ukraynaya qarşı getdikcə artan müharibə ritorikasına yönəlir.

Rusiya dövlətinin nəzarətindəki KİV-in Belarus sərhədində daimi mövcudluğundan tutmuş, rusiyalı deputatın Polşa sərhədçilərinə bağıraraq Aİ-nın onların uşaqlarını götürüb eynicinsli cütlüklərə verməsini iddia etməsinə qədər biz son həftələrdə Kremlyönümlü KİV-in (və rəsmilərin) Lukaşenka rejiminin miqrasiyadan öz məqsədləri üçün istifadə etmək cəhdlərinə hər vasitə ilə həyasızcasına dəstək verdiklərini müşahidə edirik.

Kremlyönümlü KİV belarus həmkarları ilə birlikdə Aİ-ni beynəlxalq aləmdə nüfuzdan salmaq, Polşaya qara yaxmaq və diqqəti Lukaşenko rejiminin insan hüquqlarını hədsiz şəkildə pozmasından yayındırmaq üçün həm fürsət yaratdı, həm də fürsətlərdən istifadə etdi. Bu həftə trend aşağıda göstərilən dezinformasiya vasitələri ilə davam etdi:

Bu cür dezinformasiyalar yeni deyil; Minsk beynəlxalq miqrant qaçaqmalçılığı layihəsini işə saldıqdan sonra 2021-ci ilin yayın sonundan bəri Belarus dövlətinin nəzarətində olan və Kremlyönümlü KİV-də yayılır.

Bununla belə, yaxşı tərəf budur ki, dezinformasiya kampaniyası nə qədər uzun müddət davam edərsə, bir o qədər də ifrata meylli olur. Bu, bu yaxınlarda, Belarus dövlətinin nəzarətində olan KİV, ardınca Kreml tərəfdarı olan KİV Polşanı kimyəvi silahdan istifadə etməkdə və sərhəddəki miqrantlara zəhərli su püskürtməkdə ittiham etməyə başlayarkən daha aydın oldu.

Aİ-nin şərq sərhədlərində miqrasiya vəziyyəti ilə bağlı sonsuz dezinformasiya axını göstərir ki, informasiya manipulyasiyası qanunsuz Lukaşenka rejimini ayaqda saxlayan əsas element və onun hakimiyyəti itirməmək cəhdidir.

NATO, Ukrayna ilə bağlı ritorikanın artması

“EUvsDisinfo” verilənlər bazası Kremlyönümlü KİV-lərin NATO-ya dair İttifaqın (və daha geniş mənada Qərbin) Rusiyaya qarşı həm “təxribat” etdiyini, həm də onu “mühasirəyə alması” kimi dezinformasiya iddialarının 1100-dən çox nümunəsini ehtiva edir.

Son zamanlarda, Rusiyanın Ukrayna sərhədi boyunca hərbi birləşmələrini yerləşdirməsi ilə bağlı artan beynəlxalq narahatlıq fonunda Kremlyönümlü KİV NATO-nun rusofob və bəşəriyyət üçün təhlükəli olduğunu; Qara dənizdə hibrid müharibə alətlərindən istifadə edərək Krım yaxınlığında “təxribatlar törətdiyini və bunun NATO və Rusiya arasında əsas aktın prinsiplərini pozduğunu (spoiler xəbərdarlığı – elə deyil) iddia edən belə ritorikanı gücləndirdi; .

ABŞ-ın UkraynaAvropanı Rusiya ilə qarşıdurmaya sövq etdiyi və guya diqqəti Yaxın Şərq və Cənubi Asiyadakı siyasətindən yayındırmaq üçün “kiçik müharibə” axtardığına dair informasiyalar da yayılıb. Eyni zamanda Ukrayna həm “dağılmaq ərəfəsində olan” köməksiz qurban, həm də Rusiyanı müharibəyə sürükləməyə çalışan davamlı təcavüzkar kimi təsvir olunmağa davam edilir.

Bu cür məlumatlar Kremlin bu ilin əvvəlindəki ritorikasına bənzəyir, o zaman Rusiya da Ukrayna yaxınlığında çoxlu sayda qoşun və hərbi texnika toplayırdı. Bu, həmçinin dezinformasiyanın Rusiyanın hərbi mövqeyini, hətta yerdəki düşmənçilik əməliyyatlarını dəstəkləmək (və ya gizlətmək) üçün necə istifadə edildiyini də göstərir.

Nəhayət, bu həftə baş verən qəribə bir hadisə: təqaüdçü rus admiralı 118 dənizçinin həyatına son qoyan hadisəyə – Rusiya sualtı gəmisi “Kursk”-un batmasına NATO gəmisinin səbəb olduğunu iddia etdi. Bu cür iddialar 2000-ci ildə baş vermiş qəzadan sonra Rusiyanın öz araşdırmasının nəticələrinə ziddir. Bütün bunlar onu göstərir ki, Kremlyönümlü KİV və onun ekspertləri üçün faktlar dəyişə biləndir və siyasi ehtiyaclara xidmət etmək üçün istənilən şəkildə formalaşdırıla bilər. Və görünür, bu gün Kremlə lazım olan NATO və bütövlükdə Qərbi Rusiyaya düşmən kimi qələmə verməkdir.

Əlaqəli dezinformasiya halları

MƏSULİYYƏTDƏN İMTİNA

EUvsDisinfo verilənlər bazasındakı nümunələrdə beynəlxalq informasiya məkanında reallığın natamam, təhrif olunmuş və ya yalan təsvirini təmin edən və əsas Kremlyönümlü mesajları yaydığı müəyyən edilən mesajlara diqqət yetirir. Bununla belə, bu, mütləq surətdə müəyyən bir nəşrin Kremllə əlaqəsinin olduğunu və ya redaksiyasının Kremlyönümlü olduğunu, yaxud bilərək dezinformasiya yaymağa çalışdığını bildirmir. EUvsDisinfo nəşrləri Aİ-nin rəsmi mövqeyini əks etdirmir, belə ki, ifadə edilən məlumat və rəylər media hesabatlarına və Şərq Stratcom İşçi Qrupunun təhlilinə əsaslanır.

    %s

      Your opinion matters!

      Məlumatların Qorunmasına dair Məlumat *

        Subscribe to the Disinfo Review

        Your weekly update on pro-Kremlin disinformation

        Data Protection Information *

        The Disinformation Review is sent through Mailchimp.com. See Mailchimp’s privacy policy and find out more on how EEAS protects your personal data.

        🎵 Playlist