Rusiyanın Mərkəzi Afrikada informasiya manipulyasiyası cəhdləri

Mərkəzi Afrika ölkələrində texnoloji tərəqqinin və internetdən istifadənin artdığı bir dövrdə Rusiya Afrikanın informasiya mühitini aldadıcı narrativlərlə doldurmaq fürsətindən yararlandı. Səhiyyədən tutmuş təhlükəsizliyə qədər bu narrativlər Rusiyanın xarici siyasətini inkişaf etdirmək üçün daha geniş xarici məlumatların təhrif olunması və müdaxilə (FIMI) cəhdlərinin bir hissəsi olan bir çox onlayn manipulyasiya vasitəsi ilə dəstəklənir.

Son beş il müddətində Rusiya bir sıra Afrika ölkələrində çox vaxt uydurma və təsdiqlənməmiş məlumatların faktlara əsaslanan reportajları və müstəqil jurnalistikanı üstələdiyi dezinformasiya ekosistemi yaradıb. Bu məkrli fəaliyyətlər Qərb əleyhinə informasiya manipulyasiyasından istifadə etməklə yanaşı, demokratik qurumlara olan inamı sarsıdır və yerli əhalinin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar doğurur.

Rusiya, eləcə də onun FIMI sənayesi Kremlin ehtiyac içində olan ölkələrə təhlükəsizlik və hərbi yardım göstərmək üçün unikal imkanlara sahib olduğunu iddia etsə də, reallıq təhlükəsizlik və sabitliyin davamlı şəkildə pisləşməsi ilə xarakterizə olunan çox fərqli mənzərəni əks etdirir. Bu, Rusiyanın öhdəliklərini yerinə yetirə bilməməsinin altından xətt çəkməklə yanaşı, bunu etmək üçün real niyyətinin olmadığını açıq-aşkar şəkildə nümayiş etdirir. Bununla belə, Rusiya öz məkrli fəaliyyətlərini bütün qitə miqyasında daha da genişləndirmək niyyətindədir.

Rusiyanın xarici məlumatların təhrif olunması və müdaxiləsini (FIMI) Afrikada nə idarə edir?

Rusiyanın hədəflədiyi Mərkəzi Afrika ölkələri zəngin təbii ehtiyatlar, qeyri-sabit siyasi institutlar, ciddi təhlükəsizlik problemləri və mübarizə aparmalı olduqları, miras qalmış müstəmləkə tarixi kimi ortaq xüsusiyyətlərə malikdirlər.

Rusiyanın Afrika ölkələrini hədəfləyən xarici məlumatların təhrif olunması və müdaxilələrdən (FIMI) istifadə etməsinin məqsədləri çoxşaxəlidir.

Əvvəla, Kreml qazanclı ticarət sövdələşmələri imzalamaq, təbii sərvətlərə çıxış əldə etmək və siyasi ittifaqlar yaratmaqla iqtisadi və siyasi təsirini genişləndirməyə cəhd göstərir. Yerli informasiya mühitini manipulyasiya etməklə Rusiya, ictimai rəy formalaşdıra, seçdiyi siyasi namizədləri dəstəkləyə, eləcə də maraqlarına uyğun gəlməyən hökumətlərin sabitliyini poza bilər.

İkincisi, Rusiyanın FIMI siyasəti Qərbin Mərkəzi Afrika ölkələri ilə əlaqələrinə ciddi problemlər yaratmaq üçün nəzərdə tutulan daha geniş strategiyanın əsas komponentidir. Buraya münasibətləri korlamaq, mövcud narazılıqları gücləndirmək və demokratik qurumlara inamı sarsıtmaq daxildir. Bu kimi taktikalar Rusiyanın əsas məqsədi, yəni demokratik normaları pozmaq, qlobal arenada təsirini gücləndirməklə tam üst-üstə düşür.

Üçüncüsü, FIMI qeyri-qanuni və amansız hərbi qüvvə vasitəsilə hakimiyyətə gələn, eləcə də “Vaqner qrupu”nun dəstəyilə mülki əhalini yoxsullaşdırmağa və istismar etməyə davam edən xuntaları ört-basdır etmək məqsədilə istifadə olunur. Bunun nəticəsi isə daha çox parçalanmış, qeyri-sabit və təhlükəsizliyin daha aşağı səviyyədə olduğu Afrika icmalarının ortaya çıxması və azad media üçün məkanın daralmasıdır.

Rusiyanın FIMI mexanizmi Mərkəzi Afrikada nə işə yarayır?

Kreml ambisiyalarını reallaşdırmaq məqsədilə geniş vasitələr toplusundan istifadə edirdi, məsələn:

  • “Sputnik Afrique”, “RT Afrique”“Afrique Média” kimi dövlət tərəfindən idarə olunan flaqman informasiya vasitələrinin lokallaşdırılmış versiyalarının yaradılması. Sonuncusu, bölgədəki ən nüfuzlu frankofoniya xəbər mənbələrindən biridir və “Vaqner”, eləcə də Kremlyönümlü dezinformasiyanı gücləndirir. Bundan əlavə, Rusiya Malidə “Radio MaliBa FM” kimi yerli radio stansiyalarını və CAR-da “Ndjoni Sango” kimi birtərəfli Kremlyönümlü mövqeyə malik qəzetləri maliyyələşdirir.
  • Yerli auditoriyanı “la dame de Sotchi” (Soçili xanım) ləqəbi ilə tanınan Natalia Yamb və ya Kemi Sebanın hər ikisinin 2023-cü ilin iyulunda Sankt-Peterburqda keçirilən ən son Rusiya Afrika Sammitində iştirak etməsi kimi rus narrativlərinə cəlb olunmalarını maksimum dərəcədə artırmaq üçün Pan-Afrika hərəkatının seçilməsi. Qərb əleyhinə ritorikanı yaymaqdan tutmuş “Vaqner qrupu”na məxsus muzdluları ucaltmağa qədər bu müdafiəçilər eyni zamanda müntəzəm surətdə Rusiyanın Ukraynaya qarşı müharibəsinə bəraət qazandırır.
  • Afrika üzrə, regional və ya yerli səviyyədə saxta hesabların, eləcə də trol şəbəkələrinin yaradılması və istifadəsi vasitəsilə sosial şəbəkələrdə aldadıcı xarakter daşıyan məzmunun əhatə dairəsinin genişləndirilməsi. Facebook informasiya mühitini emosional və yoxlanıla bilən saxta məzmunla doldurmaq üçün əsas platforma rolunu oynayır.
  • Xüsusilə, Mali, Burkina-Faso, Mərkəzi Afrika Respublikası, Seneqal və Nigerdəki etirazlar zamanı hadisələrə baxış bucağını dəyişdirmək üçün qütbləşdirici məzmunun təbliği. Buna misal olaraq, Qərb bayraqlarının yandırılmasını və ya Rusiya yaxud da “Vaqner qrupu”nun bayraqlarını göyə qaldıran etirazçıları göstərmək olar.
  • Aldadıcı xarakter daşıyan videolar, animasiyalar, kinofilmlər və döyüş səhnələrinin hazırlanması və yayılmasında məqsəd “Vaqner”lə əməkdaşlığın Afrikanın təhlükəsizliyinin təmin edilməsinin yeganə yolu olduğunu göstərən aldadıcı narrativin təbliğ olunması və Qərbi nüfuzdan salmaqdır.

MƏSULİYYƏTDƏN İMTİNA

EUvsDisinfo verilənlər bazasındakı nümunələrdə beynəlxalq informasiya məkanında reallığın natamam, təhrif olunmuş və ya yalan təsvirini təmin edən və əsas Kremlyönümlü mesajları yaydığı müəyyən edilən mesajlara diqqət yetirir. Bununla belə, bu, mütləq surətdə müəyyən bir nəşrin Kremllə əlaqəsinin olduğunu və ya redaksiyasının Kremlyönümlü olduğunu, yaxud bilərək dezinformasiya yaymağa çalışdığını bildirmir. EUvsDisinfo nəşrləri Aİ-nin rəsmi mövqeyini əks etdirmir, belə ki, ifadə edilən məlumat və rəylər media hesabatlarına və Şərq Stratcom İşçi Qrupunun təhlilinə əsaslanır.

    %s

      Your opinion matters!

      Məlumatların Qorunmasına dair Məlumat *

        Subscribe to the Disinfo Review

        Your weekly update on pro-Kremlin disinformation

        Data Protection Information *

        The Disinformation Review is sent through Mailchimp.com. See Mailchimp’s privacy policy and find out more on how EEAS protects your personal data.

        🎵 Playlist