2021-ci ildə nələr baş verdi?

2021 sona çatıb, ancaq kremlyönümlü dezinformasiyann sönü görünmür. Bu il biz “EUvsDisinfo” bazasına kremlyönümlü dezinformasiyanın 2700-dən çox yeni nümunəsini əlavə etmişik. Əldə etdiyimiz məlumatlar bunlardır.

Ukrayna kremlyönümlü dezinformasiyanın əsas hədəfi olmağa davam edir.

“EUvsDisinfo” tərəfindən bu il toplanan kremlyönümlü dezinformasiyanın bütün nümunələrinin təxminən üçdə birində Ukrayna hədəf seçilib.

Rusiyanın Ukrayna sərhədləri boyunca öz hərbi gücünü artırmağa davam etdiyi bir dövrdə kremlyönümlü media Ukraynanı həm mütləq qəsbkar (hətta onu Donbasda rusdillilərə qarşı soyqırımı törətməkdə ittiham edir), həm də Rusiyanın təcavüzkarlığından şikayət edən yaxud ABŞ və NATO-nun Ukraynanı müharibəyə sövq edəcəyini iddia edən köməksiz isterik qurban kimi təsvir edir.

Biz dezinformasiya fəaliyyətinin bu növünü əvvəllər də, eləcə də bu yaxınlarda mart və aprel aylarında Rusiyanın hərbi gücünü artırması zamanı görmüşük. İndi olduğu kimi, o zaman da kremlyönümlü media Ukraynanı aqressiv, tərəfdaşları tərəfindən tərk edilmişbeynəlxalq sazişləri pozan ölkə kimi təsvir edirdi.

Ukrayna Böhran Media Mərkəzinin tədqiqatına əsaslanır.

Ukrayna hədəfləri barədə kremlyönümlü dezinformasiya…

…Rusiya auditoriyası

Ukraynanı

düşmən

kimi qələmə vermək

…Ukrayna auditoriyası

bölmək

Sabitliyi pozmaq

…Beynəlxalq auditoriya

Rusiyanın

xarici siyasətini

qanuniləşdirmək

Bunlardan heç biri doğru deyil, ancaq konkret auditoriyalara uyğunlaşdırılan və bir neçə dildə təqdim olunan bu cür mesajlar Kremlin xüsusi məqsədlərinə nail olmasına kömək edir: ölkə səviyyəsində Ukraynanı düşmən kimi qələmə vermək və Kremlin xarici siyasəti üçün yardım toplamaq, Ukraynada cəmiyyəti bölmək və stabilliyi pozmaq, beynəlxalq səviyyədə isə Kremlin hərəkətlərini qanuniləşdirmək. (Bu barədə Ukrayna Böhran Media Mərkəzində daha çox oxuyun).

Həmçinin oxuyun: Şərqdə güc siyasəti ilə mübarizə HR/VP bloqu

Rejimin əlaltıları – dövlət nəzarətində olan Belarus mediasının radikallaşdırılması

Belarusda vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı amansız sistemli təzyiq davam edir. Belarus Jurnalistlər Assosiasiyasının verdiyi məlumata görə, bu il 260-dan çox jurnalist saxlanılıb, axtarılıb, həbs olunub yaxud inzibati və ya cinayət məsuliyyətinə cəlb olunub. Otuz bir media işçisi hazırda dəmir barmaqlıqlar arxasındadır. Təəssüflər olsun ki, Belarusda bütün siyasi məhbusların 21 dekabr tarixinə olan sayı 942 olaraq qalıb. (Son rəqəmləri öyrənmək üçün bu linkə daxil olun).

Belarus Jurnalistlər Assosiasiyasının vitse-prezidenti Baris Haretskinin sözlərinə görə, media qurumları və jurnalistlər ciddi təzyiq altındadır və ictimai nitq demək olar tamamilə sıxışdırılır. (Baris Haretski ilə tam müsahibəmizi oxumaq üçün buraya daxil olun).

Müstəqil medianın məhv edilməsi nəticəsində dövlət nəzarətli media kanallarında efirdə qalan media işçiləri Lukaşenko rejiminə qarşı çıxmağa cəsarəti olan şəxslərə qarşı böhtan və ləkələmə kampaniyalarında daha qəddar olublar.

Müxalifət fəallarına qarşı nifrət nitq i və zorakılığa üstüörtülü çağırışlardan tutmuş yutubda ödənişli reklam kimi siyasi məhbusların məcburi etiraflarlarından istifadə edilməsinə qədər atdığı addımlarla Belarusun dövlət nəzarətli mediası rejimin sadiq xidmətçisi olmaqla yanaşı, onun əlaltısına çevrildiyini göstərib.

Təəccüblü deyil ki, Belarusun dövlət nəzarətli mediasında çalışan mütəxəssislərin əksəriyyəti rusiyalı həmkarları ilə birlikdə Lukaşenko rejiminin miqrasiyanı alətə çevirmək cəhdlərinin könüllü iştirakçılarına çevrilib.

Solda: Belarus təhlükəsizlik qüvvələri qoruyucu geyimdə Aİ-Belarus sərhədində dayanıb. Sağ yuxarı küncdə: Belarusun dövlət nəzarətli mediasının işçisi G. Azarenok Belarus-Aİ sərhədində “RT” jurnalistindən müsahibə götürür. Aşağı sağ küncdə: “RT”nin aldadıcı xəbər başlığı

Lukaşenkoyönümlü və kremlyönümlü dezinformasiya nağılları miqrasiya böhranı və Belarusda “stabiliyi pozmaq” cəhdlərinə görə Aİ-ni günahlandırmağa davam edir və bununla diqqəti Lukaşenko rejiminin amansız insan hüquqları pozuntularından yayındırmağa çalışır.

Bu situasiyada ümid işığı Belarusda əhalinin yalnız kiçik hissəsinin dövlət nəzarətli mediaya güvəndiyini göstərən ictimai rəy sorğularıdır. Eyni zamanda, müstəqil (onlayn) mediaya qarşı inam artmağa davam edərək 2021-ci ilin yanvar ayında 49,5% təşkil edib.

Dezinformasiya nağıllarının təsadüfi kəsişməsi davam edir

2020-ci ildə qlobal pandemiyanın davam etdiyi bir dövrdə kremlyönümlü və Çin dezinformasiya şəbəkələrinin yolunun COVID-19-la bağlı daha geniş dezinformasiya və informasiya manipulyasiyası təşəbbüsləri çərçivəsində gizli laboratoriyalar haqqında konspirasiya nəzəriyyəsində kəsişdiyinin şahidi olduq.

Bu il kremlyönümlü və Çin dezinformasiya maraqlarının kəsişdiyi digər hallar da müşahidə olunub.

Xüsusilə, kremlyönümlü KİV-lər Sincan-Uyğur Muxtar Rayonunda uyğurlara qarşı insan hüquqları pozuntularını inkar edən Pekin nağıllarını uydurmaq və genişləndirməkdə maraqlı olub.

Həm Rusiya, həm də Çində dövlət nəzarətli media Əfqanıstandakı böhrandan sui-istifadə edərəkAmerika Birləşmiş Ştatlarını “etibarsız” tərəfdaş kimi təqdim etməyə, özünün əsas xarici və yerli siyasi məsələlərlə bağlı ismarıclarını ötürməyə çalışıb: Ukrayna və Tayvan.

Dövlət nəzarətli mediada ismarıcların uyğunlaşdırılması (dez)informasiya cəhdlərinin mütləq mənada sistemli koordinasiya edildiyini göstərmir. Bununla belə, kremlyönümlü və Çin dezinformasiya iştirakçılarının bir-birindən nələrsə öyrəndiyinə dair əlamətlər var.

Təzyiqin ortasında ümid ismarıcı

2021-ci ildə bir çox narahatlıq doğuran hadisələrin şahidi olduq. KİV və jurnalistlərin mütəmadi olaraq saxlanılması, reydlər, cinayət işləri və həbs qətimkan tədbirləri ilə müşayiət olunan Rusiya Duma seçkilərindən əvvəl Rusiyada müstəqil mediaya misilsiz təzyiq göstərilib. Vətəndaş cəmiyyəti və insan hüquqlarının müdafiəçiləri də hücumlara məruz qalıb. Rusiyada ictimai debat və vətəndaş fəallığı sarsılır.

Kremlyönümlü təşəbbüslərin Qərbdə hazırlanan vaksinlərlə bağlı şübhələri artırması ilə vaksin və COVID-19-la bağlı dezinformasiya davam edib.

Ötən il sui-qəsd cəhdindən sonra sağ qalan Aleksey Navalni bu il Rusiyaya qayıdarkən əsassız şəkildə saxlanılaraq həbs olunub. Kremlyönümlü media onu ləkələmək və tərəfdarlarını alçaltmaq üçün çox çalışıb.

Buna baxmayaraq, 2021 ümidsizlik ili deyil. Hər zaman ümid vəd edən şeylər olur. Rusiyanın sayca az qalan müstəqil KİV-lərindən biri olan “7×7”nin sahiblərindən biri Pavel Andreevin bu ilin əvvəllərində bizə verdiyi müsahibədə dediyi kimi, hər gün müsbətə doğru dəyişiklik əlamətləri müşahidə olunur.

Aleksey Navalninin siyasi motivli həbsiylə başlayan il Navalninin qızının Avropa Parlamentində atasının adından “Düşüncə azadlığına görə” Saxarov mükafatını qəbul etməsi ilə yekunlaşıb. (Onun coşqun çıxışını buradan izləyə bilərsiniz).

“Azad, müstəqil və faktlara əsaslanan jurnalistika gücdən sui-istifadə, yalanlar və müharibə propaqandasına qarşı müdafiə etməyə xidmət edir” – NORVEÇ NOBEL KOMİTƏSİ

Rusiyanın müstəqil qəzeti “Novaya qazeta”nın həmtəsisçisi və redaktoru Dmitri Muratov bu il filippinli jurnalist Maria Reza ilə birlikdə Nobel mükafatına layiq görülüb. “Azad, müstəqil və faktlara əsaslanan jurnalistika gücdən sui-istifadə, yalan və müharibə propaqandasına qarşı müdafiəyə xidmət edir” mesajı güclü mesajdır. Gələn il məhz bu mesajı izləyəcəyik.

18 dekabr tarixində Avropa çex dövlət xadimi Vatslav Havelin ölümünün 10-cu ilini qeyd edib. 2021 sona yaxınlaşdığı üçün “EUvsDisinfo” sizdən onun ən yaddaqalan sitatlarından biriylə ayrılmaq istəyir:

“Həqiqət və sevgi mütləq yalan və nifrətə qəlib gələcək” – VATSLAV HAVEL

Elə də olacaq.

2022-ci iliniz mübarək!

MƏSULİYYƏTDƏN İMTİNA

EUvsDisinfo verilənlər bazasındakı nümunələrdə beynəlxalq informasiya məkanında reallığın natamam, təhrif olunmuş və ya yalan təsvirini təmin edən və əsas Kremlyönümlü mesajları yaydığı müəyyən edilən mesajlara diqqət yetirir. Bununla belə, bu, mütləq surətdə müəyyən bir nəşrin Kremllə əlaqəsinin olduğunu və ya redaksiyasının Kremlyönümlü olduğunu, yaxud bilərək dezinformasiya yaymağa çalışdığını bildirmir. EUvsDisinfo nəşrləri Aİ-nin rəsmi mövqeyini əks etdirmir, belə ki, ifadə edilən məlumat və rəylər media hesabatlarına və Şərq Stratcom İşçi Qrupunun təhlilinə əsaslanır.

    %s

      Your opinion matters!

      Məlumatların Qorunmasına dair Məlumat *

        Subscribe to the Disinfo Review

        Your weekly update on pro-Kremlin disinformation

        Data Protection Information *

        The Disinformation Review is sent through Mailchimp.com. See Mailchimp’s privacy policy and find out more on how EEAS protects your personal data.

        🎵 Playlist